Ən səs-küylü maliyyə qalmaqalları (3-cü hissə)

posted in: Maliyyə, Məqalə, Xəbər | 0
birbank biznes

maliyyəKommersiya təşkilatları tərəfindən həyata keçirilmiş və diqqətləri daha çox cəlb edən maliyyə pozuntularından bir neçəsini diqqətə çatdırırıq.

WorldCom skandalı

ABŞ-da Enron şirkəti ilə bağlı qalmaqaldan sonra bir çox saxtakarlıqlar da aşkara çıxarıldı. Bunlardan ən hay-küylüsü  WorldCom telekommunikasiya şirkəti ilə bağlı baş verən hadisədir. Vaxtilə bu şirkət Missisipi ştatında fəaliyyət göstərir və beynəlxalq telefon danışıqları bazarında çox kiçik bir yer tuturdu. Bir qədər sonra bu kiçik rabitə operatoru beynəlxalq danışıqlar bazarında ikinci pilləyə yüksəlir. Ardınca isə əsl iflas və iri maliyyə qalmaqalı ortaya çıxır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Belə demək mümkünsə, həmin an telekommunikasiya şirkətləri üçün ağır zamanlar idi. Müştərilər mobil operatorlara üstünlük verdiklərindən, gəlirlər sürətlə aşağı düşür, səhmlərin qiyməti isə çox şişidildiyindən, sürətlə aşağı düşürdü. Amma, təbii ki, burada da müxtəlif fırıldaqlardan yan keçilməmişdi. Misal üçün, Adelphia-nın sahibkarları sadəcə hər gün heç bir əsas olmadan və sənədsiz milyon dollar pul alırdılar. Bununla da WorldCom özünü biruzə verməyə başladı.

Həmçinin oxu: Mühasib və dostları əlbir olarsa…

2002-ci ilin yanında şirkət rəhbərliyi əvvəllər elan olunan gəlirə mühasibatlıq səhvi üzündən yenidən baxmaq lazım gəldiyini bəyan etdi. Həmin məbləğin isə 3,8 milyard dollar olduğu məlum olur. Çox tezliklə aydın olur ki, şirkətin maliyyə direktoru əməliyyat xərclərinin bir hissəsini kapital yatırımına yönəldib. Təhqiqatdan sonra məlum olur ki, bu yolla o, sabiq rəhbəri Bernard Eberrsin təqsiri üzündən şirkətin zərərə uğradığı məbləği gizlətmək istəyib. Və özü də 3,8 milyard dollar heç də bu əməllərin hamısı deyilmiş. Sən demə, aktivlər 11 milyard dollara qədər şişirdilibmiş. Bu Meddofun saxtakarlığına qədər o dövr üçün ən nəhəng dələduzluq sayılırdı.

Məqaləyə 2008-ci ildə Societe Generale və ya Medoff “investisiya” fondunun cinayətləri ilə bağlı və birja itkiləri ilə əlaqəli bəzi digər maliyyə qalmaqalları düşməmişdi. Bütün hallarda mühasibatlıq uçotunun onlarla hər hansı bir əlaqəsi olmayıb. Yəni, birinci hadisədə problem elə mühasibatlığın sayəsində üzə çıxmışdı, ikincidə isə bütün sənədləri fondun özü saxtalaşdırmışdı.

Həmçinin oxu: Qadın mühasib 908.000 manatı necə mənimsədi?

Heç də fikirləşmək belə lazım deyil ki, baş verən bütün bu qalmaqallardan sonra şirkətlər daha ehtiyatlı olacaqlar, auditorlar isə hesabatları daha diqqətlə yoxlayacaqlar. Heç də belə deyil, bu cür hadisələr xəbər lentlərində müntəzəm olaraq dərc edilməkdədir. Sadəcə olaraq bunlar əvvəlki tək geniş miqyaslı olmurlar. Məsələn, bu yaxınlarda Böyük Britaniyada Tesco pərakəndə ticarət şəbəkəsinin rəhbərliyi ilə bağlı qalmaqal yaşanıb, gəlirlərin 263 milyon funt sterlinq şişirdilməsi etirafı ilə ortaya çıxıb. Əlbəttə ki, burada hansısa mənasız “mühasibat səhvi” təqsirkardır. Bunun nə dərəcədə düz, nə qədər yalan olduğu isə məhkəmədə üzə çıxacaq.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email