» » » Ən təhlükəli peşələr (2-ci hissə)

Ən təhlükəli peşələr (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Katibələr arxasında əyləşdikləri stolun üst taxtasından da ciddi baş zədələri ala bilərlər. Misal üçün, Moskva şirkətlərindən birində təcili şəkildə direktorun tələb etdiyi sənədlər katibənin əlindən sürüşərək stolun altına düşür. Qadın sənədləri götürmək üçün stolun altına əyilir. Bu zaman telefon zəng çalır və əməkdaş qəfil qalxmaq istərkən başıyla stolun üst taxtasına çırpılır. Zərbə o qədər güclü olur ki, katibə huşunu itirərək, stolun altına düşür. Sənədlərin gec gətilməsindən qəzəblənən direktor içəri daxil olanda, katibənin huşsuz vəziyyətdə stolun altında uzanmış görür. Nəticədə qız iki həftə müddətində xəstəxanada yatmalı olur. Yaxşı ki, işlədiyi şirkət heç olmasa onun xəstəlik vərəqəsinə görə xərclərini ödəyib.

Peterburq və Moskvada kuryerlərə bir çox hücum faktları qeydə alınıb. Burada çox sadə sxemdən istifadə olunub, belə ki, mal İnternet üzərindən alınıb və kuryer həmin malı kirayəyə götürülən mənzilə aparıb. Mənzilə daxil olan kuryer döyülüb və əlindəki mal da ondan alınıb. Cinayətkarları ələ keçirmək mümkün olmayıb, belə ki, onlar tez-tez kirayə götürdükləri mənzilləri dəyişirlərmiş.

Kuryer işi asan iş deyil: İtirdiyi mallara görə maddi məsuliyyət daşımaqla yanaşı onlar həm də öz müdafiələrinin qayğısına qalmalıdırlar. Onlar digərlərindən daha tez-tez maşın altına düşürlər, çünki sənədləri və ya malları ünvanına çatdırmağa tələsirlər və belə ki, özləri qırmızı işıqda keçərək, yol qaydalarını pozurlar. Onu da demək lazımdır ki, kuryerlərin müalicə xərclərini də onlar özləri ödəməli olurlar.

Bəzilərinin düşündüyü kimi mühasib işi heç də darıxdırıcı və usandırıcı deyil. Bu, ilk baxışdan elə görünə bilər. Onlara da tez-tez dələduzlar və qarətçilər hücum edirlər. Eləcə də mühasiblər mülkiyyət oğurluqlarında, saxtakarlıqda da ittiham olunurlar. Vergi orqanları onlara qarşı sənədlərin saxtalaşdırılması və vergi yayındırmalarında ittiham olunurlar. Bunun üzərinə həm də avantüranı sevən direktorları da əlavə etsək, onda mühasiblərin bu “qaranlıq” maliyyə işlərinə daha tez-tez bulaşmaqlarının səbəbləri məlum olur. Bir çox hallarda isə bu səbəbdən mühasiblər də iştirakçı kimi həbsxanaya düşürlər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.  

Digər məqalələrimizi bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *