Əvəzsiz alınmış əsas vəsaitlərə amortizasiya hesablanmalıdırmı?

posted in: Xəbər | 1
birbank biznes

Əvəzsiz alınmış əsas vəsaitlər üçün amortizasiya hesablanmalıdırmı?


Sual: Məlumdur ki, əvəzsiz alınmış əsas vəsaitlər satışdankənar gəlir hesab edilərək, bazar qiyməti ilə mənfəət vergisinə cəlb edilir. Həmin əsas vəsaitlər alıcının vergi uçotunda bazar qiyməti ilə mədaxil edilib, amortizasiya hesablanmalıdırmı?

Əgər amortizasiya hesablanmalı deyilsə, o zaman bu əsas vəsaitlərin vergi uçotunda mədaxili zamanı hansı müxabirləşmə verilməlidir? (amortizasiya hesablandığı təqdirdə verilən müxabirləşmə DT əsas vəsait KT gəlir) Vergi Məcəlləsinin 130.1-1-ci maddəsində göstərilir ki, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları AR Prezidenti tərəfindən müəyyən edilir.

Cavab: Bildiririk ki, əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi əmlak üzərində mülkiyyət hüququnun başqasına verilməsi olduğu üçün əmlakın təqdim edilməsi sayılır.

Qeyd edilənlərə əsasən alıcı tərəfindən əvəzsiz əsasla əldə edilmiş əmlak onun gəliri hesab edilir və bu əmlak alıcının balansına götürüldüyü halda amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Müxabirləşmə barədə isə aidiyyəti üzrə səlahiyyətli orqan olan Maliyyə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu13.2.12-ci və 114-cü maddələri.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

  1. İlqar
    |

    Müəssisəyə qəbul edilmiş əsas vəsaitlər üzrə aşağıdakımühasibat yazılışı verilir:
    D/t k/t
    01 08.1
    01 75.1
    01 88