Fransa vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Fransa vergi sistemiFransa vergi sistemi barədə bilmədiklərimiz.

II hissə.

Mirasa görə vergi. Fransada bu vergi vərəsələr tərəfindən ödənilir. Onun məbləği qohumluq dərəcəsi və əmlakın bazar qiymətindən asılı olur. Yalnız ər və ya arvadın hər hansı birinin vəfatı istisna təşkil edir, belə hallarda vergi ödənilmir. Vərəsəlik yolu ilə keçən əmlak zamanı əgər vərəsə ölənin uşaqlarıdırsa, 5% təşkil edir, qohumluq münasibəti olmayanda isə bu stavka 60% təşkil edir.

Şirkətin gəlirindən vergilər. Gəlirdən vahid vergi stavkası son illərdə Fransada 33,33% təşkil edir. Bununla yanaşı, gəlirləri 38120 avroya qədər olan kiçik və orta sahibkarlardan ötrü 15%-lik aşağı vergi stavkası tətbiq olunur. Bundan yuxarı gəliri olan şirkətlər isə standart stavkanı ödəyirlər. İri şirkətlər vergini orta məbləğindən 3,3%-lik əlavə sosial yığm da ödəməli olurlar.

Gəlirdən olan vergilərdən tamamilə azad edilən şirkətlər də var, onlar enerjiyə qənaət edən avadanlıqları istehsal edən, satışını həyata keçirənlərdir. Elmi-tədqiqat işləri ilə məşğul olan müəssisələr də müəyyən güzəştlərdən yararlanırlar. Ötən il üçün hesabat deklarasiyası müəssisələr tərəfindən aprelin birinə kimi təqdim olunur. İl ərzində isə şirkətlər tərəfindən avans ödənişləri edilir, hansı ki, bu məbləğlər sonradan toplanılır və deklarasiya tətbiq olunan zaman həmin məbləğ faktiki təmiz gəlirdən çıxılır.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Torpaq və mənzilə görə vergi. Fransada yerli hakimiyyət orqanları torpağa görə vergi stavkasını öz mülahizələrinə uyğun təyin edirlər. Bu iki hissədən ibarət olur: torpaqda inşa olunan tikiləyə və boş torpaq sahəsinə görə. Torpaq vergisini orada kimin yaşamasından asılı olmayaraq, həmişə daşınmaz əmlak sahibi ödəyir.

Torpağa görə vergi ödəyiciləri üçün də güzəştlər mövcuddur. Misal üçün kənd təsərrüfatı məhsulları istehsalçıları adi vergi stavkasının 20% həcmində vergi ödəyirlər. Yeni tikililər isə inşası başa çatdıqdan iki il sonraya kimi vergi ödənişlərindən azad olunurlar.

Daha bir yerli vergi növü – mənzil vergisi mövcuddur. Qanunvericiyə müvafiq olaraq, həmin vergi cari ilin yanvarından həmin mənzildə yaşayan və ondan istifadə edən mənzil sahibi və ya icarəçi tərəfindən ödənilir.

Aztəminatlı şəxslər və əmək qabiliyyətinə mlik olmyan ailə üzvləri və ya əlilləri himayə edənlər üçün də vergi güzəştləri tətbiq olunur. Bundan əlavə, 75 yaşdan yuxarı şəxslər də sərvətə görə vergi ödənişindən azad olunurlar.

Peşə vergisi. Peşə vergisinə peşəkar fəaliyyətlə məşğul olan, lakin əməkhaqqı almayan şəxslər cəlb olunurlar. Belələrinə yazıçılar, jurnalistlər, artistlər, rəssamlar və azad qonorar alan digər peşə sahibləri aid olunurlar. Peşə vergisi tətbiq edilərkən aşağıdakı meyarlar nəzərə alınır:

.fəaliyyətin həyata keçirilməsi üçün lazım olan binanın icarə qiyməti;

.vergi ödəyicisi tərəfindən öz əməkdaşlarına ödənilən əməkhaqqının həcmi;

.vergi ödəyicisinin gəlirləri.

Peşə vergisini sərbəst şəkildə yerli hakimiyyət orqanları təyin edirlər, lakin onun həcmi vergi ödəyicisinin il ərzində yaratdığı əlavə dəyər məbləğinin 3,5%-dən yüksək ola bilməz.

Vergi ödənişlərinin ciddiliyinə baxmayaraq, Fransa vergi sistemi özünün sosial istiqaməti və uyuşqanlılığı ilə xarakterizə olunur. Fransada vergilərdən yayınanları  ciddi cəzalar, hətta məhbusluq həyatı gözləyir. Vergiləri vaxtında ödəməyənləri isə cərimə və peniyalar gözləyir. O səbəbdən, fransızlar vergi ödənişlərinə çox diqqətlidlər və buna olduqca ehtiyatla yanaşırlar.

Maraqlıdır ki, Fransada mühasiblərin əməkhaqqı qərbin inkişaf etmiş digər ölkələri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, yenicə işə başlayan gənc mühasib ayda 500-600 avro ilə işə başlayır. Eləcə də onu qeyd etmək lazımdır ki, ayda iki min avrodan çox məvacib alan mühasiblərə Fransada nadir hallarda rast gələ bilərsən. Orta statistik mühasib maaşı Fransada gözətçilərin, şəxsi sürücülərin və ofisiantların aldıqları məvaciblə uyğun gəlir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz                       


Həmçinin bax: Bruney sultanlığı – Biz bu ölkə haqqında nə bilirik? (1-ci hissə)


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *