Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 33% artıb

posted in: Xəbər | 0
birbank biznes

büdcə daxilolmalarıBu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 270,965 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 30,4% artaraq 584,055 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 30,9% artaraq 1 549,044 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə artaraq 113,552 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 7,3% artaraq 24,313 milyon manat olub.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email