Gürcüstan vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

GürcüstanMəqalənin I hissəsi üçün bu linkə daxil olun

II hissə

Vergi qanunvericiliyində dəyişikliklər yeni vergi kodeksi və vergi amnistiyası haqqında yeni qanunun 2005-ci ildə qəbulundan sonra başlandı. İslahatlar üç mərhələdə həyata keçirildi.  2005-2006-cı illəri əhatə edən birinci mərhələnin başlıca uğuru vergi sayının 22-dən 7-ə endirilməsi, prosedurların sadələşdirilməsi və vergi bazasının genişləndirilməsi ilə bağlı oldu.

Yalnız bəzi vergi stavkaları aşağı salındı, ən çox da sosial üzvlük haqları 33%-dən 20%-dək. Sonrakı mərhələlərdə isə (2007-2009-cu illər və 2010-2011-ci illər) vergi stavkaları kəskin şəkildə aşağı salındı. Belə ki, 2008-ci ildə sosial vergi gəlir vergisi ilə birləşdirildi, bundan sonra onun stavkası 32%-dən 25%-ə və sonra, 2009-cu ildə isə 20%-dək aşağı salındı. Eləcə də 2008-ci ildə gəlirə görə vergi stavkası 20%-dən 15%-ə kimi, 2009-cu ildə isə dividendlərə və faizlərə görə vergi stavkası 15%-dən 5%-ə salındı. Bundan əlavə, kapital məsrəfləri ilə bağlı 100%-lik amortizasiya tətbiq olundu ki, bu zaman beş il ərzində itkilərin əks olunmasına imkan verildi.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Stavkaların aşağı salınması vergi bazasının genişlənməsi, o cümlədən güzəştlərin ləğvi və vergidən yayınma hallarına qarşı nəzarətin sərtləşdirilməsi  ilə müşaiyət olunurdu. Populyar olmayan qadağalardan biri də lisenziya olmadan, yəni müvafiq olaraq vergi ödənilmədən küçə ticarəti ilə məşğul olmağın yasaqlanması oldu. Çünki bir çoxlarından ötrü küçə ticarəti ailələrini dolandırmaq üçün əsas gəlir mənbəyini təşkil edirdi. O səbəbdən küçə ticarəti ilə məşğul olanlar etirazlara qalxdılar. Eləcə də ƏDV əməliyyatlarının uçotu zamanı bütün müəssisələr tərəfindən kassa aparatlarının tətbiq olunması ilə bağlı tələb də kütləvi etirazlara və sahibkarların müqavimətinə gətirib çıxardı. Hakimiyyət nəinki güzəştə getmədi, əksinə yeni tələblərin yerinə yetirilməsini daha sərt şəkildə tələb etməyə başladı. Tələblərə əhəmiyyət verməyən və kassa aparatları tətbiq etməyən sahibkarlara qarşı cərimələr kəsildi ki, onun da məbləği kassa aparatlarının məbləğindən 3-4 dəfə çox idi. Gürcülər paralel olaraq bu sahədə administrativ işləri yaxşılaşdırmağa başladılar. Biznes həyatını sadələşdirmək və məmurlarla əlaqəni minimuma endirmək məqsədilə 2007-ci ildə vergi hesabatlarının elektron təqdimetmə sisteminə keçildi. Vergi yoxlamaları risk uçotu sistemi əsasında keşirilməyə başlanıldı, hansı ki, bu da dəqiq kriteriya bazasına söykənirdi. 2011-ci ildən başlayaraq isə vergi yoxlamalarına yalnız vergidən yayınma riskinin böyük olduğu müəssisələr məruz qalırdı.  Kompleks vergi islahatı sayəsində Gürcüstanda təkcə biznes üçün əlverişli şərait yaradılmadı, həm də dövlət büdcəsinin vəziyyəti əhəmiyyətli şəkildə yaxşılaşdı. Qeyd etmək lazımdır ki, gəlirlərin sürətli artımı hələ vergi qanunvericiliyinə dəyişikliklər olunmazdan əvvələ təsadüf edirdi. Artıq 2004-cü ildə büdcə gəlirləri ÜDM-in 23% təşkil edirdi ki, bu da 2003-cü il göstəricisindən 7% çox idi. Növbəti illərdə də büdcənin gəlirləri o cür yüksək tepmlə olmasa da, hər halda artmaqda davam edirdi.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Gürcüstanın vergi islahatı həmişə öz aktuallığını qoruyub saxlayır. İslahatın uğur səbəbləri bunlardır:

Birincisi, gürcü islahatçıları təkcə liberal deyil, həm də praqmatiklərdilər. İlkin məqsəd büdcənin doldurulması idi ki, gürcülər korrupsiya ilə aktiv mübarizə aparmaqla, bunun öhdəsindən uğurla gəldilər, baxmayaraq ki, bu zaman heç də həmişə ideal metodlardan istifadə olunmurdu.

İkincisi, vergi stavkalarının aşağı salınması tədricən həyata keçirildi və vergi güzəştlərinin ləğvi ilə müşaiyət olunurdu ki, bu da öz növbəsində büdcə xərclərində aşınmalardan yayınmağa kömək etdi və hamı üçün bərabər şərtlər yaratmağa imkan verdi.

Üçüncüsü, stavkaların aşağı salınmasından əlavə, administrativ məsələlərin sadələşdirilməsi də aktiv şəkildə paralel aparıldı. Dördüncüsü, vergi ödənişlərinə nəzarət gücləndirildi və eyni zamanda yalnız vergidən yayınanlara qarşı cəzalar sərtləşdirildi. Təmiz bizneslə məşğul olanlar isə cansıxıcı yoxlamalrdan qurtularaq, sakitliklə öz işlərinə davam etdilər. Yeni sərt qaydalar, narazılıqlara və hətta etirazlara gətirib çıxardı, lakin bu zaman hamıya eyni cür münasibət bəslənildiyindən, heç kimə güzəşt olunmadığından, sonradan bu sakitliklə qarşılandı.

Gürcüstandakı maaşlara gəldikdə, bu ölkədə orta aylıq əməkhaqqı 900 lari (350 dollara yaxın) təşkil edir. Gürcüstanın Milli statistika agentliyinin məlumatına görə ölkədə ən aşağı əməkhaqqı təhsil sahəsindədir – 564 lari (220 dolar).

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Beləliklə, Gürcüstanda müxtəlif sahələr üzrə orta maaşlar belədir:

Təhsil – 564 lari (234 dollar)

Kənd təsərrüfatı – 657 lari (273 dollar)

Otellər və restoranlar – 740 lari (308 dollar)

Kommunal xidmətlər – 781 lari (325 dollar)

Emal sənayesi – 826 lari (344 dolar)

Ticarət – 853 lari (355 dollar)

Səhiyyə – 934 lari (389 dollar)

Balıqçılıq – 955 lari (397 dollar)

Elektrik enerjisi istehsalı və satışı – 1115 lari (539 dollar)

Dağ-mədən sənayesi – 1226 lari (510 dollar)

Dövlət idarəçiliyi – 1295 lari (539 dolar)

Nəqliyyat və rabitə 1332 lari (555 dollar)

Tikinti – 1498 lari (624 dollar)

Maliyyə fəaliyyəti – 1907 lari (794 dollar)

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email