Hesablaşma əməliyyatının uçotu

posted in: Uncategorized | 0

Müəssisələrdə təsərüfat vəsaitlərinin düzgün, və vax­tında dövriyyəsini təmin etmək üçün tətbiq edilən hesablaşma formasının əhəmiyyəti bö­yük­dür. Hesab­laşmaların səmərəli formala­rın­dan istifadə olun­ması mövcud olan məhsulun vaxtında satılması və tə­sərüfat fəaliyyətinin fasiləsizliyinin işini təmin edir. Müəssisələr arasında hesa­b­laş­ma əlaqələrinin forma və qaydaları Milli Bankın normaları ilə müəyyən olunur. Bir qayda olaraq mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin və fiziki şəxslərin əmtəə-material qiy­mət­lə­ri­nin alqı-satqısı üzrə əməliyyatlarının qeyri-nağdsız hesablaşma for­madasında apa­rılması müəyyən olunmuşdur. Lakin, müəyyən alqı-satqı əməliyyatlarının nağd pulla hesablaşması da nəzərdə tutulur.


Nağdsız hesablaşmaların həyata keçirilməsi  əmə­liy­yatın iqtisadi məzmu­nu­ndan asılı olaraq iki qrupa – mal əməliyyatları üzrə hesablaşmalar və maliy­yə öhdəçilikləri üzrə hesablaşmalar ayrılır. Birinci qrup hesablaşmalara müəs­sisələr arasında əmtəə-material dəyərləri (iş, xidmətlər) üzrə hesablaşma əmə­liy­yatları, ikinci qrupa isə büdcəyə ödənişlər, və s. hesablaş­ma­ların yerinə yetirilməsi daxildir.


Nağdsız hesablaşmalar malsatan və alıcı müəs­si­sə­lə­rin harada yerləş­mə­sin­­dən asılı olaraq eyni şəhərli və digər şə­hər­li qrupa ayrılır. Müəssisələrin yer­ləşməsindən asılı ola­raq, onun hesablaşma forması müəyyən olunur. Mü­asir şəraitdə müəssisələr hesablaşmaları ödəmə tələb­na­mə­ləri, ödəmə tapşırıqları, akkreditivlər, barter əməliy­yat­ları, məcburi silinmə, hesab­laş­ma çekləri Vasi­tə­si­lə və digər formalarda aparılır. Müəs­sisələr arasındakı tətbiq edilən hesablaş­ma formaları on­ların qar­şı­lıqlı razılığı və bağlanılmış müqavilələr əks olun­maqla müəyyən­ləş­dirilir.


Hər bir müəssisə bir tərəfdən alıcı, digər tərəfdən satıcı qismində çıxış edir. Ona görə də onlar arasındakı hesablaşma münasibətlərinin uço­tu satıcı-alı­cı müəssisələr arasındakı hesablaşmanı ifa­də etməlidir. Malsatan və podrat­çı müəssisələrlə hesablaşmalar 60 saylı«Malsatan və podryatçılarla hesablaş­malar» he­sa­bında aparılır. Bu hesab malsatan və podryatçılarla hesablaşmalar haqqındakı məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.


Bir qayda olaraq 60 saylıhesabın kredit qalığı olur və bu qalıq məbləği mal­satan müəssisələrin yüklədikləri əmtəə-material qiymətliləri üzrə borcu gös­tərir. Materal qiymətlilərinin əldə edilməsinə, yerinə yetirilmiş işlər və gös­tə­rilmiş xidmətlərin göstərilməsi üzrə hesablaşmalarla əlaqədar bütün əməliy­yatlar təqdim edilən hesab faktu­ra­ların ödəmə vaxtından asılı olmayaraq 60 «Mal­sa­tan və podryatçılarla hesablaş­malar» hesabında əks etdirilir.


60 «Malsatan və podryatçılala hesablaşmalar» he­sabının krediti faktiki daxil olmuş əmtəə-materal qiy­mə­tlilərini, qəbul edilmiş işlərin və xid­mətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məs­rəf­ləri uçota olan hesabların debeti ilə müxabirləşir. Mate­ral qiymətlilərinin daşınmasına, həmçinin onların kənar­da emal olunmasına görə göstərilən xidmətlər 60 «Malsatan və podryatçılala hesablaş­ma­lar» hesabının kreditinə istehsal ehtiyyatlarını, mallar, tədavül xərclə­ri­ni və s. uçota alan hesabların isə debetinə yazılmaqla əks etdirilir.


Əgər  malsatanın yüklədiyi məhsul qəbul olunar­kən əskikcəlmə müəyyən olunarsa müəssisə həmin təş­kilata iddia təqdim edir. Təqdim olunmuş əskik­gəlmə məb­ləği ilə əlaqədar olaraq 63 «İddialar üzrə hesab­laşmalar» hesabının debetinə və 60 «Malsatan və pod­rat­çılarla hesablaşmalar» hesabının kreditinə yazılış aparılır. Malsatanın təqdim etdiyi hesablaşma sənəd­lə­rində arifmetik səhvlər və qiymətlə əlaqədar göstəricilər müqavilə şərtlərinə uyğun olmadıqda da mühasibat uçotunda yuxarıda göstərilən qaydada yazılış aparılır:


Alıcılar və sifarişçilərlə hesablaşmalar haqqında mə­lumatları ümumi­ləş­dirmək üçünnun mühasibat uçotu He­sablar Planında 62 saylı «Alıcılar və si­fa­riş­çilərlə he­sa­blaşmalar» hesabı nəzərdə tutulmuşdur. Həmin hesabın aşağı­dakı subhesablarından istifadə edilir:

62-1 «İnkasso qaydasında hesablaşmalar»

62-2 «Planlı ödəmələr üzrə hesablaşmalar»

62-3 «Alınmış veksellər» və başqaları


62-1 «İnkassa qaydasında hesablaşmalar» hesa­bın­da yüklənmiş məhsul­lar, yerinə yetirilmiş işlər və xid­mət­lərə görə alıcılar və sifarişçilərə təqdim edil­miş və bank tərəfindən ödənilmək üçün qəbul olunmuş hesablaş­ma­ların uçotu aparılır.


62-2 «Planlı ödəmələrə üzrə hesablaşmalar» sub­­hesabında müəssisənin uzun­müddətli təsərrüfat əla­qə­ləri saxladığı alıcılar və sifarişçilərlə apardığı mü­­təmadi hesablaşmalar üzrə ödənişi ayrıca bir hesab­laşma ödəmə sənədi ilə tamamlanmayan və əsasən planlı ödəniş qaydasında aparılan hesablaşmalar uçota alınır.


62-3«Alınmış veksellər» subhesabında alıcılar və sifarişçilərlə hesablaş­ma­lar üzrə alınmış veksellərlə təmin edilmiş borclar uçota alınır.


62«Alıcılar və sifarişçilərlə hesablaşmalar» he­sa­bının debeti malalanlara təqdim edilmiş hesablanma sə­nədlərindəki məbləğ qədər 46 «Məhsul (iş, xid­mət) satışı», 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları», 48 «Sa­­ir aktiv­lə­rin satışı» hesablarının krediti ilə müxa­bir­ləşir.


62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar he­sa­bının krediti daxil olmuş ödənişlər, qəbul edilmiş avans məbləğləri və s. üzrə pul vəsaitlərin və hesab­laş­ma­ları uçota alan hesablarla müxabirləşir. Əgər alıcının borcunu təmin edən alınmış veksellər üzrə faiz nəzərdə tu­tu­lubsa, onda bu borc ödənildikcə 51 «Hesab­laş­ma hesabı»nın debitinə, 62 «Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının və 80 «Mənfəət və zərər» hesabının kreditinə yazılışlar edilir.


Hər ayın sonunda bütün alıcılar üzrə hesablaş­ma­lar üzrə qalıq müəyyən­ləşdirilir. Əgər hesabda debet qalığı olarsa onda bu alıcıların borcunu, kredit qalıbı olduqda isə müəssisənin alıcıya olan borcunu göstərir.


62 «Alıcılarla və sifarişçilərlə hesablaşmalar» hesabı üzrə analitik uçot alı­cı­lara təqdim edilən hər bir hesablaşma sənədi əsasında, planlı ödənişlər qay­da­sında, hesablaşmalır zamanı isə hər bir alıcı və sifarişçi üzrə ayrılıqda aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *