fbpx

İcarəyəverən fiziki şəxs E-qaimə verməzsə bu xərc kimi nəzərə alınır?

posted in: Xəbər | 0

İcarəyəverənSual: Hüquqi şəxs olaraq vergi ödəyicisi olmayan fiziki şəxsdən obyekt icarəyə götürürəm. Müvafiq olaraq icarə haqqını fiziki şəxsə, ödəmə mənbəyindən vergini isə dövlət büdcəsinə ödəyirəm. Lakin fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən e-qaimə təqdim etmir. Bu halda (yəni qaimə olmadan) mən fiziki şəxsə ödədiyim icarə haqqını gəlirdən çıxa bilərəm?

Cavab: Bildiririk ki, uçotda olmayan fiziki şəxslər tərəfindən hüquqi şəxslərə əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə rəsmiləşdirilməli və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilməlidir. Vergi ödəyicisi olmayan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə həmin şəxslərin Vergi Məcəlləsində nəzərdə tutulan qaimə-faktura və ya elektron qaimə-faktura təqdim etmək hüququ yoxdur. Bununla belə, xidməti göstərən şəxs tərəfindən hər hansı səbəbdən elektron qaimə-faktura təqdim edilə bilmədikdə, xidmətin alıcısı xidmətin göstərilməsini təsdiqləyən ödəniş sənədini xərc sənədi kimi nəzərə ala bilər.

Bax: Vergi Məcəlləsinin 13.2.11-ci və 71-1-ci maddələri, Mülki Məcəllənin 700-cü maddəsi.

Mənbə: taxes.gov.az



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!