İcbari tibbi sığortanın tətbiqi vaxtı uzadıldı

posted in: Xəbər | 0
birbank biznes

İcbari tibbi sığortanın tətbiqi vaxtı uzadıldı


Qeyri-iş günləri, Koronavirus təhsil, Qeyri-iş günləri,

Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edilməsi barədə qərara dəyişiklik edilib.

Qərara əsasən, Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında iyul – sentyabr aylarında tətbiqi mümkün olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 1.2-ci bənd ləğv edilsin.
  2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;”.


Əvvəlki, 2019-cu il 27 dekabr tarixli 504 nömrəli qərarda müddətlər aşağıdakı kimi idi:

1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar – mart aylarında;

2. Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı,  Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel – iyun aylarında;

3. Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;

4. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr – dekabr aylarında tətbiq olunması nəzərdə tutulurdu.

Mənbə: nk.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email