İddialar üzrə hesbalaşmalar

posted in: Uncategorized | 0

Malsatanlarla, podratçılara, nəqliyyat müəssisələrinə və digər təşkilatlara təqdim edilmiş iddialar, eləcə də onlara təqdim edilmiş cərimələr, peniyalar, dəbbələmə pulları üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün hesablar planında 63 N-li “İddialar üzrə hesablaşmalar” hesabı nəzərdə tutulub. Mühasibat yazılışları zamanı müvafiq hesabın debetinə aşağıdakı iddialar üzrə əməliyyatlar əks etdirilir:

Malsatanlarla hesablaşmalar zamanı alınmış hesab-fakturalarda müqavilə qiymətindən kənarlaşmalar, onlarda (fakturalaşdırılmış mallarda) qiymət artımı, əlavə məsrəflər və digər kənarlaşmalar aşkar edildikdə, qəbul edilmiş mallar keyfiyyət standartlarına, texniki şərtlərə cavab vermədikdə, yolda olan yüklərin təbii itki normalarından artıq əskikgəlmələrə görə malsatanlara və nəqliyyat təşkilatlarına, həmçinin zay məhsula, boşdayanmalara görə podratçıların özləri tərəfindən etiraf edilmiş, yaxud məhkəmə orqanları tərəfindən tətbiq edilən cərimələr, həmçinin pul vəsaitlərini uçota alan hesablardan səhvən silinmiş məbləğlər və sair.

Mülki Məcəlləyə əsasən iddia müddəti anlayışı-başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi va ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti isə 3 ildir.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *