İki yerdə işləyənlərin vergi və sosial ödənişləri necə hesablanır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

qeyri-rezident, qeyri-rezidentlərin vergi öhdəlikləri, minik avtomobilləri, yol vergisi, Mənfəət vergisi, vergi yoxlamaları, Mənfəət vergisinin hesablanması,Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Başqa sözlə, hansı meyara aid olmasından asılı olmayaraq, əsas və əlavə iş yeri üzrə gəlir vergisi hər bir iş yeri üzrə ayrıca nəzərə alınmalıdır. Mühasibat və vergi üzrə ekspert Ramin Ramazanov qanunvericiliyin tələblərinin təcrübədə necə tətbiq edildiyini və hesablama qaydasını izah edib. (sosial ödəniş)

Dövlət və ya neft sektoru üzrə fəaliyyət göstərən müəssisədə çalışan işçilərin əmək haqqı 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda isə, artıq olan məbləğin 25 faizi gəlir vergisi kimi tutulur. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi vergidən azad edilir:

Hallar

Əməkhaqqı/xidmət haqqı

Gəlir vergisi Sosial ayırmalar İşsizlik sığortası Cəmi vergi öhdəlikləri

1

Əsas iş yeri dövlət və ya neft sektorunda fəaliyyət göstərən müəsisəsisə

1000

(1000-200)*14%=112 manat 1000*3%=30 manat 1000*0,5%=5 manat 147 manat
Əlavə iş yeri də dövlət və ya neft sektorunda fəaliyyət göstərən müəsisəsisə

500

500*14%=70 manat 500*3%=15 manat 500*0,5%= 2,5 manat 87,5 manat

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin gəlirlərinin 8.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır, 8.000 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcəsi ilə vergi tutulmalıdır. Əlavə iş yeri dövlət və ya neft sektorunda fəaliyyət göstərən müəssisədirsə, vergi öhdəlikləri aşağıdakı kimi hesablanır:

2

Əsas iş yeri neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid şirkət

1000

(1000-200)*0%=0 manat (200*3%)+ (800*10%)=86 manat 1000*0,5%=5 manat 91 manat
Əlavə iş yeri dövlət və ya neft sektorunda fəaliyyət göstərən müəssisə

500

500*14%=70 manat 500*3%=15 manat 500*0,5%= 2,5 manat 87,5 manat

Dövlət və ya neft sektoruna aid müəssisədə əsas və əlavə iş yeri üzrə çalışmağından asılı olmayaraq sosial ayırmalar əməkhaqqından 3 faiz tutulmaqla hesablanır. İşsizlik sığortası üzrə tutulma isə 0,5 faizdir. Vergi ödəyicisi olan fiziki şəxs kimi mülki hüquqi (xidmət) müqavilə ilə çalışdıqda sadələşdirilmiş vergi ödəyicisi olduğu halda təqdim edilən xidmətlərə görə əldə edilən gəlirin 2 faizi, mikro sahibkar kimi mənfəət vergisi ödəyici olduğu halda gəlirdən xərclər çıxıldıqdan sonra mənfəətin 5 faizi həcmində mənfəət vergisi ödənilir.

Vergi Məcəlləsinin 101.1 və 150.1.7-ci maddələrinə əsasən, vergi ödəyicisi olmayan fiziki şəxs kimi mülki hüquqi xarakterli müqavilələrlə çalışdıqda fiziki şəxslərin aylıq gəlirlərindən ödəmə mənbəyində 14 faiz (2500 manatadək olduqda) vergi hesablanaraq tutulur. “Sosial Sığorta haqqında” qanunun 14.1.2-ci maddəsinin tələbinə görə, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə gəlirlərinin 25 faizi miqdarında tutulmalar edilməlidir.

N

Hallar

Əməkhaqqı/xidmət haqqı

Gəlir vergisi Sosial ayırmalar İşsizlik sığortası Cəmi vergi öhdəlikləri

3

Əsas iş yeri dövlət müəssisəsi və ya neft sektoruna aid müəsisəsisə

1000

(1000-200)*14%=112 manat 1000*3%=30 manat 1000*0,5%=5 manat 147 manat
Əlavə iş yeri neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid şirkət

500

(500)*0%=0 manat (200*3%)+ (300*10%)=36 manat 500*0,5%=2,5 manat 38,5 manat

4

Əsas iş yeri neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid şirkət

1000

(1000-200)*0%=0 manat (200*3%)+ (800*10%)=86 manat 1000*0,5%=5 manat 91 manat
Əlavə iş yeri də neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid şirkət

500

(500)*0%=0 manat (200*3%)+ (300*10%)=36 manat 500*0,5%=2,5 manat 38,5 manat

5

Əsas və əlavə iş yeri neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid şirkət

1000

(1000-200)*0%=0 manat (200*3%)+ (800*10%)=86 manat 1000*0,5%=5 manat 91 manat
Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs kimi digər təşkilatda da xidmət müqaviləsi ilə işləyir (Bakı, dizayn xidməti)

500

500*2%=10 manat 250*20%=50

0

60 manat

6

Əsas və əlavə iş yeri neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid şirkət

1000

(1000-200)*0%=0 manat (200*3%)+ (800*10%)=86 manat 1000*0,5%=5 manat 91 manat
Vergi ödəyicisi olmayan fiziki şəxs kimi digər təşkilatda da xidmət müqaviləsi ilə işləyir

500

500*14%=70manat 500*25%=125 manat

0

195 manat

İki yerdə çalışanların hüquqlarına gəldikdə, Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əsas iş yeri üzrə bağlanılan əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul olmaq mümkündür. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.

Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti iş vaxtı üçün müəyyən edilən normanın yarısından çox ola bilməz. Belə ki, əvəzçilik üzrə işləyən işçi normanın yarısından çox olmayan müddət ərzində, eyni zamanda iş vaxtı üst-üstə düşməyən başqa bir sıra iş yerində işləyə bilər. Bir sıra hallarda məsələn, işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə işləməsinə yol verilmir. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunan iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

Əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. 18 yaşı tamam olmayan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulan qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər.

Əvəzçilik üzrə iş vaxtının müddəti normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Əvəzçilik üzrə işləyənlər əsas iş yerində verilən məzuniyyətlə bir vaxtda, qulluq etdikləri əlavə iş yerində də ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

Müəllif: Ramin Ramazanov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi, sosial ödəniş, sosial ödəniş, sosial ödəniş, sosial ödəniş, 
Print Friendly, PDF & Email