Peşəcə mühasib olan ilk dollar milyarderi

dollarJohn Davison Rockefeller – təkcə tarixdə ilk dollar milyarderi olmayıb, həm də bütün bəşəriyyət tarixində ən varlı insan olub.

  • Dolların bü günə olan kursu ilə hesabladıqda onun malik olduğu sərvət 400 milyard dollar edir.
  • John Rockefeller ulduz falına görə Xərçəng bürcündəndir. O 1839-cu il iyulun 8-də New Yorkd’a anadan olub.
  • Onun atası William Rockefeller xırda fırıldaçı olub. O özünü “botanika doktoru” adlandırıb və müxtəlif eleksirlər, o cümlədən “ölümsüzlük dərmanının”  satışı ilə məşğul olub. Belə bir mif mövcuddur ki, William kəndbəkənd gəzərək özünü kar kimi qələmə verib. İnsanlar isə onun kar olduğuna inanıb yanında hər şeydən, şəxsi sirlərindəm söz açıblar, dedi-qodu ilə məşğul olublar. Bir qədər keçdikdən sonra William həmin şəxsləri şantaj etməyə başlayıb  və ya maraqlı adamlara onlar barədə məlumatları pulla satıb.
Həmçinin bax: Allen Carr – Dünyanı dəyişən mühasib
  • John yeddi yaşının tamamında satış üçün ayrılan hind toyuqlarının yemlənməsi ilə məşğul olub. Qazandığı bütün pulları o, saxsı pul daxılına atıb və 13 yaşı olanda artıq onun 50 dollar pulu olub. Həmin pulları o, xərcləməyib, illik 7,5 faizlə qonşu fermerə borc verib.
  • Məktəbdə oxuduğu dövrdə onda belə bir arzu yaranıb: 100 milyard dollar qazanmaq və 100 il ömür sürmək.
  • Peşəcə John Rockefeller mühasib olub. Məktəbi bitirdikdən sonra üçaylıq mühasib kurslarına gedib və elə də böyük olmayan Hewitt & Tuttle şirkətində mühasib köməkçisi kimi işə başlayıb. Gün ərzində o, 50 sent pul qazanırdı. Elə ilk maaşına o, kiçik mühasib kitabı alır və öz gəlirləri və xərcləri barədə ətraflı hesabat aparmağa başlayır. Tarixçilər əmin edirlər ki, bu cür kitabları o, ömrünün sonuna kimi aparıbmış.
  • 1884-cü ildə John Rockefeller müəllimə Laura Spelman ilə ailə həyatı qurur. Onların dörd qızı və bir oğlu dünyaya gəlir. Brilyant nişan üzüyünə görə simic John 118 dollar pul ödəmişdi ki, bu da onun tərəfindən çox böyük cəsarət sayılırdı. O, bu cəsarəti bir daha təkrar etmək istəmədi: təvazökar bir toy məclisi quruldu, gənc cütlük ucuz bir mənzil kirayələmişdi və xidmətçi belə götürmək istəməmişdilər. Həmin dövrdə Klivlenddəki ən böyük neft emalı zavodu Rockefeller’ə məxsus idi. Sonralar Rockefeller öz arvadı ilə bağlı belə söyləmişdi: “Onun mülahizələri həmişə mənimkindən yaxşı olub. Onun məsləhətləri olmasaydı, mən kasıbın biri olacaqdım”.
  • Rockefeller həmişə alkoqollu içkilər və siqaret çəkməyə qarşı çıxış edib. Deyilənə görə, nahar fasiləsi zamanı o, öz kabinetinə çəkilib, qapını bağlayarmış və 30-40 dəqiqə mürgüləyərmiş, bununla da öz sağlamlığının qeydinə qalıb və həmin anlarda heç kim onu narahat etməyə cürət etməzdi.
  • John Rockefeller öz evində bazar iqtisadiyyatı modelini hazırlamışdı: böyük qızı Lauranı “baş direktor” təyin etmişdi və uşaqlarına müfəssəl mühasibat kitabları aparmağı tapşırmışdı. Hər bir uşaq milçək öldürməyə görə iki sent, bir karandaşın çərtilməsinə görə 10 sent, bir saatlıq musiqi məşğələsinə görə 5 sent qazanc əldə edirdilər. Konfetdən gün ərzində imtinaya görə 2 sent, ikinci gün isə daha 10 sent qazancları olurdu. Hər uşağın həyətdə öz ləki var idi. Bostanda hər çıxarılan alaq otunun on ədədinə görə uşaqlar bir penni pul gəliri əldə edirdilər. Kiçik Rockefeller’in bir saat ərzində odun yarmağına görə 15 sent qazanc olurdu, qızlardan biri isə axşamlar yatmağa hazırlaşarkən otaqları gəzərək şamları söndürdüyünə görə gəlir əldə edirdi. Səhər yeməyinə gecikən uşaqlar bir sent məbləğində cərimə ödəyirdilər, onlar gün ərzində bir tikə pendir əldə edirdilər, bazar günləri isə onlara Bibliyadan başqa heç bir kitab oxumağa icazə verilmirdi.
Həmçinin bax: Mühasib ailənin ulduz övladı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *