İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsiİnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?

Yerli rezident özəl hüquqi şəxsin sexlərin birində keçirilmiş inventarlaşma nəticəsində bir ədəd əsas vəsaitlərə aidiyyatı güman edilən əşya və 3 (üç) ədəd tez köhnələn əşya invertarlaşma komissiyası tərəfindən aşkar edilmişdir. Həmin əşyalar direktorun əmri ilə müəssisənin mühasibat uçotunda olan əşyalar (obyektlər) sırasına (balansa) mədaxil olunmuşdurlar.

Sual: bu halda yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir? Xahiş edirəm cavabınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyicisi üçün hazırlayasınız. Bir də ki, inventarlaşdırma nəticəsində aşkar olunmuş (lakin mühasibat uçotunda barəsində məlumat aşkar olunmayan) əşyaların balans (ilkin) dəyərinin müəyyən edilməsi (təyin) üçün mütləq qaydada kənar qiymətləndirici cəlb olunmalıdırmı?

Cavab: Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. İnventarlaşma zamanı uçot artıqgəlmə zamanı müəyyən edilən aktivlərin dəyəri vergi ödəyicisinin gəlirlərinə aid edildiyi üçün, ümumi qaydada vergiyə cəlb olunur.

Sadələşdirilmiş verginin vergitutma obyektini təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlərin həcmi təşkil edir. Qeyd etdiyiniz gəlirlər isə satışdankənar gəlir kimi, sadələşdirilmiş vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Sorğunuzda qeyd olunan halda ƏDV-nin vergitutma obyekti yaranmır.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci159.1-ci, 219.1-ci maddələri.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *