İqtisadçı – Mühasib peşəsi

birbank biznes

İqtisadçı - Mühasibİqtisadçı-mühasib kiçik şirkətdə şöbənin əməkdaşı və ya yeganə mühasib hesab edilir.

Bu peşənin başlıca xüsusiyyəti – istehsal sahəsinin və ya bütün təşkilatın fəaliyyətini qüsursuz qeyd və təhlil etmək qabiliyyətidir.

O, hər şeyi bilməyə borcludur: ilkin sənədləşdirmənin tərtibindən tutmuş, iqtisadi inkişaf planlarına qədər.

İqtisadçı-mühasib uçotu aparır, hesabatları formalaşdırır, şirkətlərin iş göstəricilərini təhlil edir: gəlirlər, qalıqlar, mənfəət, rentabellilik, o cümlədən istehsal və ticarət istiqamətlərini.

O, maliyyə intizamına aid hər şey barədə, vergilərin vaxtında və ən başlıcası savadlı şəkildə ödənilməsi ilə bağlı təşkilatların və ya şöbə rəhbərlərinin məsləhətçisidir.

Başqa sözlə desək, bu əvəzolunmaz insan harada ödəmək lazım olduğunu, vəsaitləri hara yatırmaq lazım gəldiyini müəyyən edir.

Həmçinin bax: İqtisadçı peşəsi – Tarixi və təsviri

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email