Avropa iqtisadi böhrandan qurtulmaq üçün 2 trilyon avroluq plan hazırlayacaq

posted in: Xəbər | 0
birbank biznes

Avropa komissiyası Avropa birliyini koronavirus pandemiyasının doğurduğu iqtisadi böhrandan çıxarmaq üçün iki trilyon avroluq plan üzərində düşünür. Bu təşəbbüs Avropa ittifaqının aprelin 23-də İttifaq liderlərinin video-görüşü ərəfəsində müzakirə olunub. Bu haqda Bloomberg agentliyi məlumat verib.

Hazırda formalaşmaqda olan 2021-2027-ci illər üçün Aİ-nin yeddi illik büdcəsi çərçivəsində təxminən 300 milyard avro ayrılması nəzərdə tutulur ki, həmin vəsaitlərin büdcənin digər proqramlarından kəsilərək bu məqsədlərə yönəldilməsi gözlənilir. Avropa ittafqı hakimiyyəti eləcə də müxtəlif bazarlardan daha 320 milyard avro toplamağı planlaşdırır. Yerdə qalan vəsaitlərin isə haradan əldə olunacağı barədə agentlik heç bir məlumat verməyib.

Yeni plan aprel ayının əvvəlində razılaşdırılmış 540 milyard avroluq təcili tədbirlər proqramına əlavə edilməlidir. Həmin planın aprel ayının sonlarındək işə salınması planlaşdırılırdı.

Qlobal pandemiya Avropa birliyinin iqtisadiyyatına çox ciddi zərbə vurub. Brüsseldə 2020-ci ilin yekunları üzrə işgüzar fəallığın aşağı düşməsi ucbatından Avropa istehsal həcmlərinin 10 faiz azalacağını gözləyirlər.


Bax: Rusiya iqtisadiyyatının nə qədər geriləyəcəyi dəyərləndirilib


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email