“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

xərclər smetaları AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 284
Bakı şəhəri, 5 iyul 2018-ci il
“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №12, maddə 2249; 2017, №7, maddə 1497; 2018, №1, maddə 124) aşağıdakı dəyişikliklər edilsin:

  1. 4-cü hissədə “Fazil Məmmədov” sözləri “Mikayıl Cabbarov” sözləri ilə əvəz edilsin.
  2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi” sözləri “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
  1. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası” üzrə:

3.1. 1.6-cı bəndin ikinci cümləsində “və işçilərin məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2.2.1-2.2.4-cü” sözləri “, işçilərin məcburi dövlət sosial sığorta haqları və işçilərin işsizlikdən sığorta haqları müvafiq olaraq 2.2.1-2.2.5-ci” sözləri ilə əvəz edilsin;

3.2. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.7. “Əməkhaqqı fondundan məcburi ödənişlər (2.3.)” bəndində əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilən və sığortaedənin vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı xərcləri əks etdirilir.”;

3.3. aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. “Hesablanmış əməyin ödənişi fondundan işsizlikdən sığorta haqqı (2.3.2.)” bəndində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan sığorta haqqı üzrə xərclər əks etdirilir.”;

3.4. həmin Qaydaya əlavənin cədvəl hissəsi üzrə:

3.4.1. aşağıdakı məzmunda 2.2.5-ci yarımbənd əlavə edilsin:

“2.2.5. işçilərin əmək haqqından işsizlikdən sığorta haqqı (0,5 %)”;

3.4.2. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. Əməkhaqqı fondundan məcburi ödənişlər

2.3.1. əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta haqqı (22 %);

2.3.2. hesablanmış əməyin ödənişi fondundan işsizlikdən sığorta haqqı (0,5 %)”.

Azərbaycan Respublikasının
Baş naziri                                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email