Hüquqlarının müdafiəsi üçün hər bir işçinin bilməli olduqları (4-cü hissə)

posted in: Xəbər | 0

işçinin təminatlarıBu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.

  • Başqa işçini əvəz etdikdə, işçinin təminatları nələrdir?

İşçi öz vəzifə öhdəlikləri ilə yanaşı müəyyən səbəbdən (xəstəliyi, məzuniyyətdə olması və s üzrlü səbəbdən) işə çıxmayan işçini əvəz edərək onun da vəzifə öhdəliklərini icra edirsə, bu halda əvəz edilən işçinin əmək haqqı ilə öz əmək haqqı arasındakı fərq ona ödənilməlidir.

Misal: A 400 manat, B isə 600 manat əmək haqqı alır. B xəstələndiyi üçün 1 ay işə çıxmır. A isə B-nin də işlərini icra edir. Bu halda A-ya B-nin əmək haqqı ilə olan fərq, yəni 200 manat əlavə ödənilməlidir.

Əgər B-nin əmək haqqı A-nın əmək haqqından az və ya bərabər olarsa, bu halda A-ya müəyyən məbləğdə əlavə əmək haqqı müəyyən edilir ödənilməlidir. Əlbəttə ki, bu kimi hallarda işçinin başını 10-20 manatla aldatmaq hallarının olmaması üçün qanunvericilik həmin əlavənin işçi və işəgötürənin razılığı ilə müəyyən edilməsini təsbit edir.

  • İşçi iş vaxtından artıq işə nə vaxt cəlb edilə bilər və bu halda ödənişlər necə olmalıdır?

İş vaxtından artıq iş üçün başlıca tələb işəgötürənin əmri (sərəncamı) və işçinin razılığının olmasıdır.

Əks təqdirdə işçini iş vaxtından artıq işə cəlb etmək qanunaziddir.

İş vaxtından artıq işə cəlb edilən işçi isə mütləq əlavə əmək haqqı almalıdır. Daha dəqiq desək, işəgötürən həmin artıq iş vaxtının istirahət günü ilə əvəz edilməsini müəyyən edə bilməz.

İşçinin vaxtından artıq işə cəlb edilməsinə təbii fəlakətlərin qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejimi zamanı və tezkorlanan malların itkisinin qarşısının alınması halında yol verilir. Qanunvericilikdə müəyyən edilmiş müstəsna hallarda da (işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda, kommunal müəssisələrdə qəzaların qarşının alınması və ya zərərlərin aradan qaldırılması, avadanlıqların korlanması, işin dayandırılması ilə nəticələnə biləcək hallarda və s) iş vaxtından artıq işə icazə verilir.

Xatırladaq ki, iş vaxtından artıq iş müddəti dalbadal gələn iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli iş yerlərində isə 2 saatdan artıq ola bilməz.

İş vaxtından artıq işə görə ödənilən əmək haqqının məbləği əməyin vaxtamuzd ödənilməsi halında saatlıq tarif maaşının 2 qat məbləğindən, işəmuzd sistemdə isə ixtisaslı işçinin əmək haqqını tam ödəmək şərtilə, əlavə haqq məbləğində müəyyən edilməlidir.

Yeni əlavələr hər dəfə qeyd olunacaqdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının əvvəlki hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *