İşdən ötrü canından keçən Yaponlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

YaponYaponlar işdən ötrü özlərini öldürürlər. İşdən çıxmaq olmaz

II hissə

Bir çox tələbələr yalnız bir ümidlə işə çıxırlar – pensiya yaşına kimi eyni müəssisədə çalışmaq arzusuyla. Rəhbərlik gənc əməkdaşlardan yaxşı nəticələr gözləyir, karyerada irəliləyiş etmək  məhz, həmin nəticələrdən asılı olur. Yaponiya sakinləri iş yerini çox nadir halda dəyişirlər, axı, bu adətən sıfırdan başlamaq deməkdir.

Son illər gənclər digər bir taktikaya əl atırlar: hər hansı bir iş yerində yarı gün çalışırlar, ya da işə müvəqqəti olaraq düzəlirlər. Bir tərəfdən onlar bununla özlərini sınayırlar və bir iş yerinə bağlı olmadıqlarını bir növ təsdiq etmək istəyirlər. Digər tərəfdən, belə hallarda onlara ciddi iş etibar olunmur, əmək haqqı tarifi də çox aşağı olur. Nəticədə gənclər bütün hallarda hardasa əlavə vaxtlarda da çalışmalı olurlar ki, normal pul qazana bilsinlər.

Həmçinin bax: Kim nə qədər işləyir?

Sorğulara görə, 2016-cı ildə yapon şirkətlərinin demək olar ki, dörddə birində  ay ərzində iş saatından 80 saat artıq və hər on şirkətdən birində isə 100 və daha çox saat işləmək qeydə alınıb. 80 saat yol verilən bir hədd sayılır ki, bu həddi ötüb keçən saatlar isə ölüm riskini xeyli artırır.

Gənclər hədsiz dərəcədə özlərini işə həsr etdiklərindən, çox az hallarda evlənirlər, o səbəbdən indi qızlar da tez-tez işə qəbul olunurlar. Bir qapalı dairə yaranır: iş çalışmaları üzündən münasibətlər üçün də vaxt qalmır, ailə olmadıqda isə – daha çox çalışmaq mümkündür. Gənclər bu sistemi qırmaq istəyirlər, lakin həmin sistem tədricən onları öz daxilinə çəkməkdədir.

Kansay universitetinin fəxri professoru Kodzi Morioka hesab edir ki, Yaponiya üçün şərin kökü elə məhz, iş gününün uzunluğudur: “İnsanlar o qədər məşğuldurlar ki, hətta şikayət etməyə belə vaxtları yoxdur”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

YaponUşaqlar qəfəsdə

Yaponlar uşaqlıqdan belə bir stressdə yaşayırlar. Onlar təhsildə uğurlara böyük diqqət yetirirlər, axı, yaxşı qiymətlər və təhsil əla iş yeri tapmaqdan ötrü ən zəruri şərtdir. Tətil dövründə velosiped sürmək və ya çimərlikdə əylənmək əvəzinə, məktəblərin yuxarı sinif şagirdləri günlərini kitabı qucaqlayaraq, imtahanlara hazırlaşmaqla keçirirlər. Məktəblərdə də yüklənmə səviyyəsi bütün hədləri aşıb keçir.

Qrup mədəniyyəti çox ciddi problemlərə və münaqişələrə  gətirib çıxarır: Yaponiyada belə hesab edirlər ki, adamlar ümumi qaydalara əməl etməlidirlər. Belə ki, yaşıdlarından təhsilə görə bir az fərqlənən məktəbli gülüş hədəfinə çevrilir, o səbəbdən bir çoxları belə halla qarşılaşmasınlar deyə, yaxşı oxumağa çalışırlar. Müəlimlər də həmin şagirdlərə eyni münasibət bəsləyirlər: kimsə savad cəhətdən bir qədər axsayanda, onun gözümçıxdıya salındığını bilsələr də, buna göz yumurlar, bəzən isə özləri də baş verənlərdə iştirak edirlər.

Bəzən bu xikikomori problemi ilə əlaqələndirilir, hansı ki, gənc insan özünü otağa salıb, qapını bağlayır, məktəbə getmir, sonra isə işləməkdən imtina edir və valideynlərinin himayəsində yaşayır.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email