İşsizlikdən sığorta haqqında Qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

mühasibat uçotu əmək məcəlləsi cərimələr rüsumlar Pos-terminallar İşsizlikdən Sığorta vergiAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alır: (İşsizlikdən sığorta)

9. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.0.12-ci, 5.1.5-ci, 17.8-ci və 19.0.2.8-ci maddələrdə ismin müvafiq hallarında “aktiv tədbirlər” sözləri ismin müvafiq hallarında “aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin;

9.2. 3-cü maddəyə “Konstitusiyası,” sözündən sonra “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu,” sözləri əlavə edilsin;

9.3. 5.1.6-cı və 19.0.3-cü maddələrdə “nəqliyyatı” sözü “xərcləri” sözü ilə əvəz edilsin;

9.4. 18-ci maddə üzrə:

9.4.1. 18.0.1-ci və 18.0.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;”;

“18.0.5. sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;”;



9.4.2. 18.0.9-cu maddəyə “müəssisəsinə” sözündən sonra “əyani” sözü əlavə edilsin;

9.4.3. 18.0.10-cu maddəyə “çağırıldıqda” sözündən sonra “, həmin müddətdə” sözləri əlavə edilsin;

9.4.4. 18.0.11-ci maddəyə “olduqda” sözündən sonra “, həmin müddətdə” sözləri əlavə edilsin;

9.4.5. 18.0.14-cü maddəyə “sənədlərdə” sözündən sonra “və məlumatlarda” sözləri əlavə edilsin və həmin maddədə “qanuna uyğun” sözləri “düzgün” sözü ilə əvəz edilsin;

9.4.6. 18.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 18.0.16-cı maddə əlavə edilsin:

“18.0.16. sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.”;

9.5. 19.0.2-ci maddədə “kimi qeydiyyata alınmış və işsiz statusu almış” sözləri “və işsiz kimi qeydiyyata alınmış” sözləri ilə və “aktiv tədbirlər” sözləri “aktiv məşğulluq tədbirləri” sözləri ilə əvəz edilsin;

9.6. 19.0.2.1-ci maddədə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə əvəz edilsin;

9.7. 19.0.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“19.0.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi;”;

9.8. 19.0.2.7-ci maddədə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə, “əlavə iş yerlərinin və ixtisaslaşdırılmış” sözləri “kvotadan əlavə iş yerlərinin və sosial” sözləri ilə əvəz edilsin;

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir