İşsizlikdən sığorta ödənişləri barədə bilmədiklərimiz

posted in: Xəbər | 0
birbank biznes

işsizlikdən sığortaAzərbaycanda vətəndaşların, xüsusilə iş yerini itirmiş şəxslərin sosial hüquqlarının qorunmasını müəyyən edən proqram və konvensiyalar sırasına biri də əlavə olunub: iqtisadi cəhətdən böyük inkişaf yolu keçmiş ölkələrin əksəriyyətində tətbiq edilən «İşsizlikdən sığorta haqqında» Qanun Azərbaycanda da qəbul edilib. 2018-ci il yanvarın 1-dən qüvvəyə minmiş bu qanun müxtəlif səbəblərə görə iş yerini itirmiş vətəndaşlar üçün bir sıra mühüm üstünlüklər yaradır.

Qanuna əsasən, hər bir şəxs  iş yerini itirdiyi andan yeni iş tapanadək həmin dövrdə itirdiyi gəlirlərinin qarşılığı olaraq tam və ya qismən kompensasiya almaq hüququna malikdir. Bu hüquq hər hansı dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarından sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslərə aiddir. İcbari qaydada həyata keçirilən bu sığorta sistemi həm müəssisənin əməyin ödənişi fondundan, həm də işçinin əməkhaqqından 0,5 faiz həcmində tutulur. Minimum 3 il sığorta stajına malik şəxslər bu yenilikdən yararlanmaq hüququ əldə edir.

Həmçinn bax: “Sadələşdirilmiş vergi imtiyaza çevrilməməlidir”

Özündən asılı olmayan səbəblər üzündən iş yerini itirmiş şəxslər işsizlikdən sığorta sistemindən bəhrələnmək üçün hansı prosedurlardan keçməlidirlər?

Sualı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov şərh edir:

«Bu məsələ «İşsizlikdən sığırta haqqında» Qanunda, eləcə də Nazirlər Kabinetinin təsdiq etdiyi hüquqi-normativ aktlarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq təlimatlarında əhatəli şəkildə öz əksini tapıb. Mövcud qaydalara əsasən, sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. İşsizliyə görə sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılan İşsizlikdən Sığorta Fondu tərəfindən verilir. Yeni qanunun tətbiqi ilə əlaqədar olaraq, indiyədək verilən işsizlik müavinətləri də yeni qaydalarla tənzimlənəcək və həmin fond tərəfindən maliyyələşdiriləcək. Amma işsizlikdən sığorta ödənişləri işəgötürənlə əmək müqaviləsinin müddəti başa çatmış şəxslərə şamil edilməyəcək. Çünki yeni qanunda belə hallar üçün işsizlik sığortasından yararlanmaq nəzərdə tutulmayıb. Yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində işini itirən və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar fondun imkanlarından faydalana biləcəklər. Bu standartlara uyğun olmayan işsizlər isə fondun digər imkanlarından yararlana bilərlər».

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

«İşsizlikdən sığorta haqqında» Qanunun tələblərinə əsasən, özündən asılı olmayan səbəblərə görə iş yerini itirmiş hər bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti 9 aydan artıq ola bilməz. Əgər işsiz iş yerini itirdiyi gündən etibarən 24 ay ərzində münasib işlə təmin edilməzsə, bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququna malikdir. Əgər ailədə həm ər, həm də arvada sığorta ödənişi təyin edilirsə, bu zaman onlardan yalnız birinə əsas sığorta ödənişinə əlavəni almaq hüququ şamil edilir.

S.Məmmədov qeyd edib ki, bu proseslə hazırda 5 faiz səviyyəsində olan işsizliyin aradan qaldırılacağı gözlənilir. İşsizlikdən sığorta sisteminin məqsədi işsiz vətəndaşların uzun müddət sığorta ödənişi almasını yox, onun əmək bazarına təkrar qayıtmasını təmin etməkdir. Yeni qanuna görə, müəssənin ləğvi və ştatların ixtisarı nəticəsində işsiz qalan şəxslər müraciət etdikdə onlara iki müvafiq iş təklif olunacaq, təklifi işsiz şəxs tərəfindən rədd edilərsə, o, müavinət almayacaq. Müraciət edən şəxslərə müvafiq iş təklif olunmadıqda, onlar müavinət almağa iddia edə bilərlər. Lakin onların iddia etmələri bunun mütləq müavinət almaqla nəticələnəcəyi demək deyil. Bunun üçün işsizlikdən sığorta ödənişlərinə iddia edən şəxsin tələbləri qanunda göstərilən şərtlərə tam cavab verməlidir.

Xatırladaq ki, İşsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. İşəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində hər ay fonda vəsait ödəyəcəklər. 2018-ci ildə fondun büdcəsi təxminən 89 milyon manat səviyyəsində hesablanıb. Həmin vəsaitin 37,6 faizi işsizliyə görə sığorta ödənişlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub ki, bu da ötən il bu məqsədlərə ayrılan vəsaitdən 1,9 dəfə çoxdur.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Print Friendly, PDF & Email