İstehsal, xərclər, məsrəflər, maya dəyəri haqqında anlayış

posted in: Uncategorized | 0

Xərclər – məhsul, iş və xidmətlərin istehsalında istifadə olunan resurların alınması üçün çəkilən xərclərin pul formasında əks etdrilməsidir.

Məsrəflər – resursların azalması (faktiki istifadəsi) və ya müəssisənin borc öhdəliklərinin artması.

İstehsal prosesi müəssisələrin fəaliyyətinin başlıca istiqamətini təşkil edir. Bu prosesin həyata keçirilməsi ic­ra­sı ilə əlaqədar olaraq müəssisə özünün sə­rəncamında olan ma­te­ri­al, əmək və maliyyə ehtiyatlarını sərf edir, hazır­lan­mış məhsulun (işin, xidmətin) maya dəyərini for­ma­laş­dı­rır. İstehsal məsrəflərinin tərkibi və məhsulun, işin, xidmətin maya dəyəri AR Vergi Məcəlləsinin müd­dəalarına əsasən müəyyən olunur.

Məhsul istehsalına sərf edilən bütün məsrəflərin ye­ku­nu onun maya də­yə­ri­ni təşkil edir. İstehsalın fay­da­lı­lıq əmsalını müəyyən edən göstərici olaraq ma­ya dəyəri göstəricisi ilə müəssisədə məhsul istehsalı və satışına çəkilmiş məs­rəflər müəyyənləşdirilir. Yəni məhsul ma­ya dəyəri onun istehsalı və satışına sərf olunan məs­rəf­lə­rin cəmini təşkil edir.

Bazar iqtisadiyyatına keçid dövründə məh­su­lun maya dəyəri müəssisənin təsərrüfat-maliyyə fəaliy­yə­tində ən vacib göstərici hesab olunur. Onun düzgün hesablanması və uçotu müəssisənin gəlirliliyinin daha da artmasına, iqtisadi və sosial inkişafının sürətlənməsinə şərait yaradır..

Odur ki, hazırki, şəraitdə istehsala məsrəflərin uçotu və məhsulun maya dəyərikorkulyasiya əməliyyatlarının yüksək səviyyədə təşkil olunması böyük əhəmiyyətə ma­likdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *