İxracla bağlı tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçiləcək

posted in: Xəbər | 0

idarəetmə“Azərbaycan Prezidenti İlham Əliyev gömrük orqanları və xüsusilə də fiskal sahədə fəaliyyət göstərən digər dövlət qurumları qarşısında qəti tapşırıq verərək bu sahədə islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və xüsusilə sahibkarlara münbit şəraitin yaradılması, “kölgə iqtisadiyyatı” ilə bağlı bütün qurumların əlbir olub bu sahədə funksiyalarımızı eyni istiqamətə yönəltməyi tapşırıb”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bildirib.

Bax: Sadələşdirilmiş vergi ödəyicilərinin bir-biri ilə barter yolu ilə alqı-satqısı zamanı vergi yaranır?
Onun sözlərinə görə, verilən tapşırıqlara uyğun olaraq, şəffaflığın təmin edilməsi üçün islahatların aparılması qaçılmazdır: “Bizim də gələcək fəaliyyətimizdə “Yaşıl dəhliz” sistemlərinin genişləndirilməsi və bu sistemin ofisdən gömrük komitəsinin müvafiq qurumlarına gömrük bəyannaməsinin təqdim olunması, həm də gömrük-vergi rüsumlarının ödənilməsi ilə bağlı məmur- vətəndaş təmasını minimuma endirmək əsas məqsədimizdir. Xüsusilə də ixrac malları ilə bağlı sahibkarlarla tərəfdaş olacağıq və biz onlara xüsusi kanallar, dəhlizlər verəcəyik. Hesab edirik ki, yaxın günlərdə ixracın tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçəcəyik”.
Bax: Kvota üzrə iş yerləri ilə təminat sahəsinə elektron nəzarət sistemi qurulacaq

S.Mehdiyev deyib ki, gömrük məmurunu görmədən sahibkarlar mallarını bəyan edəcək. Onun sözlərinə görə, iş adamlarına ilin bütün gün və saatlarında mallarını elektron qaydada bəyan edərək ixrac etmək imkanı yaradılacaq: “Bununla bağlı bizim IT mütəxəssislərinin ilkin pilot layihəsi tamamlanıb, bu ilin sonuna qədər pilot versiyada sahibkarlara təqdim edəcəyik. Növbəti ildə digər idxalatçılar da bura cəlb ediləcək, onlar avtomatlaşdırılmış sistemlə öz mallarını elektron bəyan edərək mallarını rəsmiləşdirə, rüsumlarını ödəyə biləcək”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *