Kalkulyatorların təkamülü

posted in: Məqalə, Xəbər | 0

Bütün dövrlərdə insanlar hesablama üçün müxtəlif vasitə, üsul, alət və cihazlardan istifadə ediblər. Xüsusilə də mühasibatlıq inkişaf etdikcə belə cihaz və vasitələrə tələbat da yüksəlib. Hələ ötən əsrin 70-ci illərinə qədər mühasibatlıq sahəsində sadə hesablama çötkələrindən istifadə olunurdu. Sonralar daha mobil cihazlar, kalkulyatorlar icad olundu. Hazırda onların həcmi, ölçüləri kiçilsə də, həmin cihazlarla aparılan əməliyyatların miqyası çox genişdir.

İndi isə kalkuyatorlarla bağlı maraqlı faktlara diqqət yetirək.

Müasir kalkulyatorlarda rəqəmlər noutbukların klaviaturasında olduğu kimidir, aşağıdan yuxarıya artır, telefon aparatlarında isə isə rəqəmlərin düzülüşü fərqlidir – yuxarıdan aşağıya doğru artır. Sözügedən faktın izahı çox asandır, belə ki, kalkulyatorun əcdadı – arifmometrdir, hansı ki, onda tarixən rəqəmlər yuxarıdan aşağıya doğru artıb. Əvvəllər telefon cihazları diskli olub, sonralar isə düyməli modellərin buraxılması planlaşdırılanda, qərara alındı ki, diskdə olduğu kimi rəqəmlərin artımı yuxarıdan aşağıya doğru olsun, beləliklə, bu düzümdə sıfır lap sonda yerləşdi.

 

1643-cü ildə fransız riyaziyyatçısı Bevz Paskal ilk hesablama maşını yaratdı, həmin cihaz sözün həqiqi mənasında öz aralarında bir-birilə birləşdirilmiş dişli çarxlarla təchiz olunmuş qutu təsiri bağışlayırdı. G. Leybints 1673-cü ildə kalkulyatorun özünə məxsus variantını yaratdı. Onun icad etdiyi maşın da fransız riyaziyyatçısının yaratdığı cihaza oxşayırdı. Oxşarlığa baxmayaraq, bütün hallarda bir fərqli cəhət nəzərə çarpırdı – yeni modeldə hərəkətedici hissə mövcud idi. Belə demək mümkünsə, Leybintsin maşınını müasir kalkulyatorun nümunəsi hesab etmək olar.

 

 

 

Statistika kalkulyatorlarından əlavə, mühəndislik, bədən səthinin, bədən kütləsinin indeksini, ideal bədən çəkisini hesablamağa və digər hesablamalara imkan verən tibbi kalkulyatorlar da var. Bundan əlavə, müəyyən naviqasiya məsələlərini həll etməyə imkan verən unikal hesablama cihazları – şturman kalkulyatorları da mövcuddur. Kreditin məbləği və müddətindən asılı olaraq aylıq ödənişləri hesablama imkanı verən kredit kalkulyatorları da var.

 

 

 

Portativ mexaniki hesablama maşınına qədər hesablamalar abak vasitəsilə yerinə yetirilirdi. Abak – sadə hesabların, məbləğlərin toplanması və çıxılmasında istifadə edilirdi. Abak paylaşılan xətlərə bölünmüşdü, hesablama isə daşların və lent üzərindəki əşyalara bənzər predmetlərin köməyi ilə aparılırdı. İlk abak e.ə üçüncü minilliyə aiddir.  16 əsrdə Rusiyada daş və ya taxta aşıqlar taxılmış hesablama çötkələrdən istifadə olunmağa başlanıldı.

 

 

 

Müasir kalkulyatorlara maksimal dərəcədə yaxın olan ilk kalkulyator keçmiş SSRİ-də 1970-ci ildə əlçatan oldu. Həmin kalkulyator inteqral sxemlər əsasında hazırlanmışdı. Bir il sonra yeni – cib kalkulyatoru icad edildi. Onun ölçüləri belə idi: uzunluğu – 13,1 sm, eni – 7,7 sm, qalınlığı – 3,7 sm, çəkisi isə 800 qr təşkil edirdi.

 

1970-ci ildə keçmiş SSRİ-də mikrosxemlərdən istifadə olunmaqla kalkulyatorların istehsalına başlanıldı ki, onlar daxil olan siqnaları diskret funksiyası qanunu əsasında  çevirir və emal edir.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *