Kanada vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

vergi sistemi2-ci hissə

Kanadada ən yüksək vergilər hansılardır?

Kandada ən yüksək vergi gəlir vergisidir. Onun məbləği gəlirlərin həcmindən asılıdır. Daşınmaz əmlakdan tutulan vergi, əldə olunan əmlakın dəyərinin 1 faizindən 2 faizinədək təşkil edir. Bu vergi ildə bir dəfə ödənilir. Həmin vergi təkcə mülkiyyət sahibləri tərəfindən deyil, həm də daşınmaz mülkiyyət icarəçiləri tərəfindən də ödənilir.

Qeyd etmək lazımdır ki, bu zaman hansı ölkə vətəndaşının Kanada ərazisində mülkiyyət almasının heç bir fərqi yoxdur. Vergi stavkası hamı üçün eynidir. Əgər daşınmaz əmlakın dəyəri 250-400 min Kanada dolları olarsa, həmin stavka 1,5% təşkil edəcək. Əmlakın dəyəri 400 min dolları ötürsə, onda dövlət xəzinəsinə 2% həcmində ödəniş etməli olursan. Kanada daşınmaz əmlakla bağlı verginin həcminə görə Böyük Britaniyadan sonra ikinci yeri tutur.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Kanada ərazisində ƏDV termini də tez-tez işlədilir. Burada həmin ödəniş istehlak və ya məhsul və xidmətlərə görə vergi adlandırılır. Bu verginin orta stavkası 6% təşkil edir, amma o, həm də dövlətin ərazi zonalarından asılı olur.

Kanadada gəlir vergisi necədir? Məlum olduğu kimi Kanadada vergilər bir neçə növə bölünür. Gəlir vergisi federal vergilərə aiddir. Vergi stavkası əldə edilən gəlirin həcminə uyğun proporsional artır. Bu stavka 2002-ci ildə qəbul edilib və 15 ildir ki, dəyişilməz olaraq qalmaqdadır.

Gəlirdən asılı olaraq vergi stavkası 15, 22, 26 və 29% təşkil edir. Əgər Kanada sakininin maaşı 7,5 min dolları keçirsə, lakin 42,7 mindən azdırsa, onda ən aşağı – 15%-lik vergi stavkası tətbiq olunur.

Bu ölkədə maaşlar 42,7 min dolları ötərsə, amma 85,4 dolları keçməzsə, belədə 22% vergi tutulur. Məvacib 85 400 – 132 000 dollar təşkil edirsə, vergi stavkası 26% təşkil edir. Əgər, hər hansı bir nəfərin əmək haqqı 132,4 mini keçərsə, onda 29%-lik vergi tutulur.

Bir nümunə gətirək. Əgər, hər hansı bir şəxs 7,5 min dollar qazanıbsa, o, 1125 dollar vergi ödəməyə borcludur.

Həmçinin bax: İtaliyada absurd vergilər

Qeyd edək ki, bu, ölkədə ən aşağı vergi məbləğidir. 15%-lik stavka ilə maksimal vergilər 6404, 99 dollar (42699,99*0,15) təşkil edir. 225%-lə minimal stavka 10384 dollar (47200 * 0,22) təşkil edəcək. Bu stavka ilə ən yüksək vergi məbləği – 18787,99 dollar (85399,9*0,22) olacaq.

Əgər, illik əmək haqqı 132399,99 dollar təşkil edərsə, onda 34423,99 dollar vergi ödəməli olursan.

Kanada ərazisində orta illik əmək haqqı təxminən 63 min dollar təşkil edir. Belə bir məvacib zamanı 22 faizlik vergi stavkası tətbiq olunur. Beləliklə, hər bir ölkə sakini il ərzində dövlət büdcəsinə orta hesabla 14 min Kanada dolları ödəyir.

Kanadanın vergi sistemi ölkə iqtisadiyyatına çox güclü təsir göstərir. Ötən əsrin sonlarında dövlət elə vergi tənzimlənməsi yaratmağa cəhd etdi ki, ona ehtiyacın stimullaşdırılmasını həyata keçirmək nəsib olsun. Amma, burada ikinci məqsəd də olmamış deyildi. Burada həm də dövlətin öz məsrəflərinə daha çox diqqət yönəldilmişdi.

Həmin dövrdən ölkə iqtisadiyyatında Kanada əyalətlərinin rolu yüksəlməyə başladı. Son illərdə əyalətlərin ÜDM-də payı iki dəfə artıb. Bu, hətta əlkənin federal hökumətini payından da çoxdur.

Rezidentlərin Kanada ərazisində əldə etdikləri gəlirlərlə yanaşı, pul vəsaitləri ölkə xaricində də qazanıla bilər. Bu gəlirlərdən də vergi ödənişləri zəruridir. Lakin elə ölkələr var ki, onlarla Kanada arasında ikiqat vrgidən yayınmaqla bağlı müqavilələr bağlanıb. Belə hallarda Kanadadan olan rezident vergini yalnız işgüzar fəaliyyət göstərdiyi və gəlir əldə etdiyi işlədiyi ölkədə ödəyir.

Kanadaya hər il çoxsaylı mühacirlər gəlir. Burada sakin statusu alınana qədər onların mülkiyyəti vergiyə cəlb olunmur. Yox, əgər, həmin əmlak məsələn, belə bir status alındıqdan sonra satılarsa, onda yenə də vergi ödənilməyəcək.Bu qayda investisiya vasitələrinə və daşınmaz əmlaka da aiddir.

Həmçinin bax: Ən qeyri-adi 3 vergi

Əyalətlər də gəlirlərin paylaşdırılması nəticələrini öz üzərlərinə götürürlər, çünki onlar da federal vergilər tuturlar, deməli, vergi daxilomaları ilə əlaqəli bütün strukturu qəbul edirlər. Kanada əyalətləri vergi stavkalarını sərbəst şəkildə müəyyən edə bilsəydilər, belədə onlar daha səmərəli fəaliyyət göstərə bilərdilər. Lakin, bunun bir mənfi tərəfi olardı, o, bütün Kanada vergi sistemini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirə bilərdi.

Bütün hallarda əyalətlər öz büdcələrinə daxilolmaları artıra bilərlər, lakin, bunu həyata keçirməkdən ötrü vergi stavkaları əhəmiyyətli dərəcədə yüksəldilməli olardı. Kanada inkişaf etmiş bir səviyyədə desentralizasiyaya uğramış bir ölkədir.  Bu, sosial siyasətin regionların ehtiyaclarına uyğunlaşmasına imkan verərək, əyalət büdcələrini gəlirlər ilə təmin edir.

Kanadada mühasiblərin əməkhaqqına gəldikdə, bu sahədə çalışan adamlar il ərzində 41967 Kanada dolları (3384,35 ABŞ dolları), ayda isə 3497,25 dollar (2820,3 ABŞ dolları)  pul qazanırlar. Orta məktəb müəllimləri isə daha çox əməkhaqqı alırlar. Belə ki, orta məktəblərdə dərs deyən müəlimlərin illik maaşı 73000 Kanada dolları (58871 ABŞ dolları), aylıq isə 6083 dollar (4906 ABŞ dolları) təşkil edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email