» » » Kapitalın saxlanılması üzrə konsepsiyalar

Kapitalın saxlanılması üzrə konsepsiyalar

posted in: Uncategorized | 0

Müəssisənin kapitalı aşağıdakı kimi nəzərə alına bilər:

(a) müəssisənin maliyyə kapitalı, yəni müəssisəyə qoyulmuş onun xalis aktivlərinin dəyərinə (müəssisənin öz kapitalına) bərabər olan investisiyanın nominal dəyəri və ya sabit alıcılıq qabiliyyəti əsasında qiymətləndirilmiş pul vəsaitlərinin məbləği;

(b) müəssisənin fiziki istehsalat məhsuldarlığı və ya bu məhsuldarlığın təmin edilməsinə tələb olunan resurslar.

Yuxarıda göstərilən kapitalın konseptual anlayışlarını nəzərə alaraq, kapitalın saxlanılmasına dair iki əsas konsepsiyanı qeyd etmək olar:

(a) Maliyyə kapitalının (və ya müəssisəyə qoyulmuş investisiyaların dəyərinin) saxlanılması konsepsiyası;

(b) Fiziki kapitalın (və ya müəssisənin əməliyyat potensialının) saxlanılması konsepsiyası.

Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq, kapital pul vəsaitlərinin nominal vahidlərilə müəyyənləşdirilərsə, nominal vahidlərlə qiymətləndirilmiş pul vəsaitlərinin hesabat dövrü ərzində artması mənfəət kimi tanınır. Beləliklə, hesabat dövrü ərzində müəssisə tərəfindən saxlanılan aktivlərin qiymətlərinin artması konseptual baxımdan mənfəət hesab olunur. Lakin, təcrübədə, bu mənfəət aktivlərin xaricolmasına və ya istifadə olunmasına qədər tanınmamalıdır.

Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq, kapital pul vəsaitlərinin sabit alıcılıq qabiliyyəti vahidlərilə müəyyənləşdirilərsə, sabit alıcılıq qabiliyyəti vahidlərilə qiymətləndirilmiş pul vəsaitlərinin hesabat dövrü ərzində artımı mənfəət hesab olunur. Beləliklə, müəssisə tərəfindən saxlanılan aktivlərin qiymətlərinin artmasının yalnız inflyasiyanın ümumi səviyyəsindən artıq olan hissəsi mənfəət hesab olunur. Artımın yerdə qalan hissəsi kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi hesab olunur.

Fiziki kapitalın saxlanılması konsepsiyasına uyğun olaraq, kapital müəssisənin fiziki məhsuldarlıq potensialı ilə müəyyənləşdirilir və bu potensialın dövr ərzində artımı mənfəət hesab olunur. Əks halda, yalnız müəssisənin aktivlərinə və öhdəliklərinə təsir edən bütün qiymət dəyişikliklərinin nəticəsində müəssisə tərəfindən saxlanılan aktivlərin dəyərinin artması kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi hesab olunur.

Qiymətləndirmə əsaslarının və kapitalın saxlanılması konsepsiyasının seçilməsi maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan uçot modelini müəyyənləşdirməklə, bu hesabatların münasiblik və etibarlılıq səviyyələrini təmin edir. Müəssisənin rəhbərliyi münasiblik ilə etibarlılıq arasında səmərəli tarazlığa nail olmalıdır.

Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən tətbiq edilməli olan uçot modeli müvafiq Milli Mühasibat Uçotu Standartları ilə müəyyənləşdirilir.

Kapitalın saxlanılması üzrə konsepsiyalar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *