Kənd təsərrüfatı məhsulunun satışı hansı hallarda vergidən azad edilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Kənd təsərrüfatı

Sual: Mənim sualım kənd təsərrüfatı məhsulu olan südlə əlaqədardır. Bilmək istərdim ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarın 1-dən etibarən daha 5 il müddətinə bir sıra vergiləri ödəməkdən azad edilirlər dedikdə, süd məhsulunu qablaşdırılmış formada satışı ilə məşğul olduqda vergidən azad olunurmu? Yəni kənd təsərrüfatında öz fermasında saxlanılan inəklərdən sağılmış südü zavodda süd şəklini dəyişmədən, tərkibinə heç nə qatmadan, paketləyərək satdıqda bu zaman hansı vergilər ödənilməlidir? Belə fəaliyyət vergilərdən azad edilmişdirmi? Həmin süddən hansı mallar istehsal edildikdə və satışı həyata keçirildikdə vergiyə cəlb edilməlidir?

Həmçinin bax: Kənd təsərrüfatında ƏDV-nin əvəzləşdirilməsi haqqında

Cavab: Bildiririk ki, 1 yanvar 2014-cü il tarixdən 5 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, həmin şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmiş, eyni zamanda fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri müddət məhdudiyyəti qoyulmadan gəlir vergisindən azad edilmişdir.

Kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Həmçinin bax: Kənd təsərrüfatında vergi və mühasibat uçotuna aid 4 vacib sualın cavabı

Odur ki, fermanızda saxladığınız inəklərdən əldə edilmiş südün təbiətdə olduğu ilkin formada saxlanılmaqla kimyəvi tərkibi dəyişdirilmədən və konservləşdirilmədən paketlənərək satışından əldə edilmiş gəlir müvafiq olaraq sadələşdirlmiş vergi, gəlir vergisi və ƏDV-dən azad olacaqdır. Əks halda, yəni əldə edilmiş süd məhsulları emal edilərək, təbiətdə olduğu ilkin formada saxlanılmadan kimyəvi tərkibi dəyişdirilərək, konservləşdirilməklə paketlənərək kimyəvi təsirə məruz qaldıqdan sonra və ya ilkin forması dəyişdirilərək yeni məsula çevrilmiş formada satışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaqdır.

Bax: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 102.1.11-ci, 164.1.18-ci və 219.7-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email