2030-cu ilə kimi köhnələcək 15 peşə (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

2030-cu ilə kimi köhnələcək 15 peşə (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Texnologiyanın inkişafı ilə, bəzi peşələr köhnəlir və ya yox olur və onları aktual olanlar əvəz edirlər. Artıq telefonçu, katib-maşinist, buzqıran, fənərçi kimi peşələr yoxdur. Peşə aləmini gələcəkdə nələr gözləyir? Biz yaxın 15-20 il ərzində tələb olunacaq sahələr və gələcəyin peşələri ilə bağlı almanax – “Yeni peşələrin atlası”na diqqət yetirmişik. Atlasın tərtibçilərinin fikrincə, 2030-cu ilə qədər yoxa çıxacaq peşələr haqqında danışmağa hazırıq.

10-12 ildən sonra hansı peşələr köhnələcək?

  • Kaskadyor

Ekranda insanın hərəkətlərini təkrarlaya bilən müasir texnologiyalar tamamilə bütün kinostudiyalar üçün əlçatan olduğu vaxtda, təhlükəli və eyni dərəcədə cəlbedici olan kaskadyor peşəsi də yoxa çıxacaq.

  • Hüquq məsləhətçisi

Süni intellekt hüquqşünaslıq sahəsində bəzi mütəxəssisləri sıxışdırıb aradan çıxara bilər. Onun dövlətin qanunları bazasına əsaslanaraq müştərilərin tələblərinə cavab vermək üçün kifayət qədər gücü yetəcək. Amma məhkəmə araşdırmaları, şübhəlilərin müdafiəsi də daxil olmaqla, çox tezliklə insanların səlahiyyətindən çıxa bilməyəcək.

  • Notarius

Bu mütəxəssis imzaların və ya tərcümənin, sənədin surəti və ya ondan çıxarışın həqiqiliyini yoxlayır. Notariusun vəzifələrinin tam siyahısı həm də ayrı-ayrı  ölkələrin qanunvericiliyindən asılıdır. Notariusun vəzifələrinin bir hissəsini süni intellekt öz üzərinə götürəcəkdir.

  • Rieltor
İndi rieltor satıcılar və alıcılar, eləcə də ev sahibləri və kirayəçilər axtarır, bütün sənədlərin və əməliyyatın düzgün tərtib olunduğunu izləyir. Bəs, bu peşə 10-15 ildən sonra necə görünəcək? Güman ki, çox tezliklə adamların özləri mənzil axtarışı və seçimində sərbəst olacaqlar. Xüsusi kataloqlar və forumlar isə məsləhətçi qismində rieltorları əvəz edəcəklər. Lakin rieltorlar ümumiyyətlə, vasitəçi kimi aradan çıxacaqlarmı, sualı hələ də açıq qalır.
  • Bank qulluqçuları (əməliyyatçılar)

Terminallar, məlumat köşkləri, mobil tətbiqetmələr həyatımıza getdikcə daha çox inteqrasiya olunur. Beləliklə, bank əməliyyatçılarına olan ehtiyac zamanla yox olacaqdır.

  • Ekskursiyaçı

Audio təlimatçılar və onlayn-ekskursiyalar vərdiş etdiyimiz muzey işçisi ilə gəzintiləri uğurla əvəz edir. Eksponatın tarixçəsini lazım olan dildə qulaqcıqda da dinləmək olar. Və ya evdən çıxmadan onlayn olaraq muzeydə gəzintiyə getmək mümkündür.

Gələcəkdə ekskursiyaçı peşəsi heç də tam olaraq aradan qalxmayacaq. Bu mütəxəssislər, ehtimal ki, maraqlı marşrutların hazırlanmasına keçəcək, proqramlar üçün mətnlərin yazılması və s. ilə məşğul olacaqlar. Turistlərlə canlı ünsiyyəti isə öz üzərlərinə robotlar götürəcəklər. Hər hansı bir obyektə bir insan qismətinin (danışıq, düşüncə, empatiya) bəxş edə biləcəyi bir dünyada olmasına baxmayaraq, insan ünsiyyəti daha da dəyərli olacaqdır.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email