2030-cu ilə kimi köhnələcək 15 peşə (III hissə)

posted in: Xəbər | 0
birbank biznes

2030-cu ilə kimi köhnələcək 15 peşə (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


əmək birjasıTexnologiyanın inkişafı ilə, bəzi peşələr köhnəlir və ya yox olur və onları aktual olanlar əvəz edirlər. Artıq telefonçu, katib-maşinist, buzqıran, fənərçi kimi peşələr yoxdur. Peşə aləmini gələcəkdə nələr gözləyir? Biz yaxın 15-20 il ərzində tələb olunacaq sahələr və gələcəyin peşələri ilə bağlı almanax – “Yeni peşələrin atlası”na diqqət yetirmişik. Atlasın tərtibçilərinin fikrincə, 2030-cu ilə qədər yoxa çıxacaq peşələr haqqında danışmağa hazırıq.

10-12 ildən sonra hansı peşələr köhnələcək?

  • Tərcüməçi

Artıq indi proqramların köməyi ilə elmi və rəsmi mətnləri keyfiyyətlə tərcümə etmək mümkündür. Bədii əsərlərin tərcüməsində incəliklər daha çoxdur: şeirlər, romanlar, pyeslər, eləcə də filmlər. Amma, dilçi alimlərin işləyib hazırladığı proqramlar bu yaradıcı peşəni kompüterə ötürməyə imkan verəcəkdir. İnsanlara tərcümə alqoritmlərini təkmilləşdirmək qalacaq. Canlı nitqin tərcüməsi və ya aktyorların dublyajından ötrü texnologiyaların inkişafı üçün daha çox səy tələb olunur. Lakin bu da zaman məsələsidir.

  • Loqist

Loqist peşəsi çətin ki, tamamilə yox olsun, o, daha çox malların daşınmasının xırda bir iş sayıldığı başqa peşənin bir hissəsinə çevrilə bilər. Ola bilsin ki, loqistlər malları və xammalları planetlərarası tədarük etmək üçün variantlar üzərində işləyəcəklər.

  • Əczaçı

Ehtimal ki, əczaçıları da oxşar tale gözləyir. İnformasiya texnologiyalarının yanında dərman istehsalı və satış bazarının inkişafı, çox güman ki, bir əczaçı, menecer, marketoloq və İT mütəxəssisi biliklərinin kəsişməsində bir peşənin yaranmasına səbəb olacaqdır. Kim bilir: bəlkə də dərman hazırlamaq, ocaqda şorba hazırlamaqdan daha çətin olmayacaqdır. Əczaçılar isə Kainatda lazımi xammalın axtarışı ilə məşğul olacaqlar. Lakin pilotsuz aparatları layihələşdirən və xidmət edəcək, marşrutları izləyə biləcək mühəndislərə tələbat artacaq. Pilotsuz gəmilər – hərbi və mülki texnikanın gələcəyidir.

Hətta 10 il – peşələrin “həyatı” üçün böyük müddətdir. Bütün yuxarıda sadalanan peşələr çox güman ki, ölüb, sıradan çıxmayacaq. Sadəcə cəmiyyətin ehtiyaclarına uyğun yenilənəcəklər. Beləliklə, bu siyahıda yer alan peşələrdən birini seçmisinizsə və gələcəkdə tələb olunmayan birinə çevrilməkdən qorxursunuzsa, sizi sakitləşdirməyə tələsirik. Yeni bir şey öyrənmək, digər sahələrdə inkişaf etmək, zamanla ayaqlaşmaq üçün hər zaman və hər hansı bir peşədə olmalısan. Buna görə ruhunuza yatan işi seçin və özünüzü inkişaf etdirmək sizə uğur gətirəcəkdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email