Könüllü vergi ödəyicisi olmağın başlıca xüsusiyyətləri hansılardır?

posted in: Xəbər | 0
birbank biznes

Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıKönüllü vergi ödəyicisi olmaq sahibkarlıq subyektlərinin müsbət imicinin başlıca xüsusiyyətidir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev könüllü vergi ödəyicisinin bir sıra əlamətlərə görə müəyyənləşdirildiyini bildirib: “Bu əlamətlər ödəniləcək vergiləri könüllü olaraq heç bir kənar təzyiq olmadan hesablamaq, vergi bəyannamələrini vaxtında doldurub vergi orqanlarına təqdim etmək, vergi ödəmələrini vaxtında yerinə yetirmək, vergi sistemində aparılan yeniliklərin, islahatların tələblərinə əməl etmək, könüllü və intizamlı vergi ödəyicisi olmaq istiqamətində aparılan ilk addım vergi uçotu məlumatlarının vaxtında yenilənməsi və baş verən dəyişikliklərlə bağlı vergi orqanlarının məlumatlandırılmasıdır. Vergi uçotu məlumatlarını vaxtında dəyişdirməmək sahibkarın müvafiq maliyyə sanksiyaları ilə üzləşməsinə gətirib çıxarır, ona 40 manat cərimə tətbiq olunur”.

İqtisadçı əlavə edib ki, vergi uçotu məlumatlarını vaxtında dəyişdirməyən subyektlərlə vergi orqanlarının əlaqələri kəsilir, bunun da nəticəsində requlyator orqan tərəfindən şəxsin özünə yönəldilən müxtəlif xəbərdarlıqlar və ya məlumatlardan sahibkar xəbərsiz qalaraq vacib məlumatlardan və onların yaratdığı məsuliyyətdən gec xəbər tutur.

Bu cür hallar daha çox fərdi sahibkarlar və hüquqi şəxs yaradan mikro biznes subyektləri üçün xarakterikdir. Onlar təkbaşına fəaliyyət göstərdiklərindən heç bir maliyyə və vergi mütəxəssisinin xidmətindən yararlanmaqda maraqlı olmurlar.

Belə halların aradan qaldırılması üçün Dövlət Vergi Xidməti tərəfindən vergi uçotu məlumatlarının dəyişdirilməsi tam şəkildə elektronlaşdırılıb.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email