Koronavirusun mühasibatlığa nüfuz etməsi üçün iki yol

birbank biznes

Rusiya istehlak nəzarəti idarəsi (Rospotrebnadzor) xəbədarlıq edir: mühasibatlıq nağd pullar və kağız sənədlər vasitəsilə koronavirusa məruz qalır. Elektron sənəd dövriyyəsinə və nağdsız ödənişlərə keçməyə dəyərmi. ÜST nağd ödənişlər və ilkin sənədlərlə işləyənlərə nə tövsiyə edir? Gəlin, bunu araşdıraq.

Rospotrebnadzorun ÜST-ə istinadən verdiyi məlumata görə, nağd puldan istifadə ilə bağlı sərt tövsiyələr yoxdur. Lakin nəzəri olaraq onlar virusların ötürülməsi kanalı ola bilər. Viruslar müəyyən vaxt ərzində həm kağız, həm də plastik üzərində aktiv qalırlar. Koronavirus kağız daşıyıcıda 3-4 gün, plastik üzərində isə 9 günə kimi yaşaya bilir.

Əgər siz plastik kartlarla hesablaşmalar aparırsınızsa, PİN-kodların yığılmasında ehtiyat tədbirlərinə riayət edin.  Ən təhlükəsiz ödəniş – bu kontaktsız (əlaqəsiz) olanıdır. Əgər siz alış-verişi smartfon üzərindən həyata keçirirsinizsə, onda mobil cihazınızı dezinfeksiyaedici vasitələrlə silin.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Pul və sənədlər vasitəsilə infeksiya necə baş verir?

Koronavirus yoluxmuş şəxsin öskürək və ya asqırdığı zaman çıxan hava damcıları vasitəsilə yayılır. Bundan əlavə, kimsə hər hansı bir çirklənmiş səthə toxunduqda da yayıla bilər.

Buna görə də ÜST məhz, ağız və burnun maska və ya salfet ilə örtməyi və əllərin isə spirt tərkibli bir məhsulla və ya sabunla yuyaraq mütəmadi olaraq təmizləməyi tövsiyə edir.

Məsələn, hər hansı bir şəxs ÜST-ün respiratorlu gigiyena zamanı qaydalarda tövsiyə etdiyi kimi asqırarkən dirsəyini ağzına tutmur və ya salfet ilə qapatmır, ovcuna asqırır, bundan sonra isə həmin adam əlinə uçotla bağlı hər hansı bir sənədi götürüb, mühasibatlığa daxil olur. Mühasib də uçotla bağlı sənədi qəbul edir, sonra isə burnunu qaşıyır və beləliklə o da virusa yoluxur.

Özünüzü qoruyun və elektron sənəd dövriyyəsinə (ESD) keçin

Elektron sənəd dövriyyəsi vaxta qənaət etməklə yanaşı, həm də bütün hallarda o, çox təhlükəsizdir. ESD-in qurulması müəyyən zaman ala bilər. Lakin, hər şeyi yoluna qoyduqdan sonra bir daha ilkin sənədləri əllə yerinə yetirməyəcəksiniz. Sərbəst qalan vaxtınızdan siz digər vacib işlərin yerinə yetirilməsi üçün istifadə edə bilərsiniz. Hesab-fakturalar avtomatik olaraq formalaşacaq – onları yalnız yerinə yetirmək qalacaq.

Elektron ilkin sənədlərdə səhvlər olmayacaq, həmin sənədləri əl ilə yerinə yetirərkən isə səhvə yol verilə bilər. ESD-nin daha bir üstünlüyü də var  – sənədlər heç vaxt yoxa çıxmır.

Əgər sənədin elektron versiyası varsa, onun kağız üzərində dublikatına ehtiyac qalmır. Telekommunikasiya rabitə kanalları vasitəsilə ESD operatoru üzərindən göndərilən bütün sənədlər hüquqi qüvvəyə malik olur. Sizin bütün sənədləriniz elektron arxivdə qorunub saxlanılacaq. Onlar itməyəcək, yanmayacaq və heç vaxt xarab olmayacaq.


   Bax: Karantin dövründə icarə necə dayandırılmalıdır?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email