Aprel ayının əvvəlindən kuryerlərə tələbat 4 dəfə artıb

posted in: Xəbər | 0

Aprel ayının əvvəlindən kuryerlərə tələbat 4 dəfə artıb

Select recruiting agentliyinin məlumatına görə, aprel ayının əvvəlindən koronavirusun yayılması təhlükəsi üzündən tətbiq olunan məhdudiyyətlər səbəbindən kuryerlərə tələbat dörd dəfə artıb.

Belə ki, kuryerləri əsas işəgötürənlər, qidaları yalnız çatdırılma ilə satışına icazə verilən ərzaq riteylerləri – barlar, restoranlar və ictimai iaşə obyektləridir.

Həmçinin məhdudiyyətlər dövründə bütün istiqamətlərdən olan İT mütəxəssislərinə də tələbat artıb. Recruiting agentliklərində belə yüksək ixtisaslı heyətin axtarışı üçün sifarişlərin həcmi 20 faiz artıb.

Selecty agentliyinin məlumatına görə, bu günlərdə böyük beynəlxalq şirkətlərdən biri onlayn satış kanalını inkişaf etdirə biləcək bir İT mütəxəssisinə bir milyon rubl maaş təklif edib.

Bundan əvvəl Beynəlxalq Əmək Təşkilatının mütəxəssisi Ernst Ekkehard koronavirus pandemiyasının əmək bazarına təsirindən danışmışdı. Onun sözlərinə görə, indi tibb işçilərinə, pərakəndə satış və çatdırılma sahələrində çalışanlara böyük tələbat var. Gələcəkdə bir çoxları rəqəmsal iqtisadiyyat, o cümlədən pərakəndə ticarət müəssisələri sahəsinə keçməyə çalışacaqlar. Bu isə öz növbəsində rəqəmsal texnologiya sahəsində çalışan mütəxəssislərə olan tələbatın artmasına gətirib çıxaracaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *