Mal kreditlə satılırsa ƏDV necə hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Mağaza müştərilərə 12 və ya 6 aylıq daxili kredit hesabına mallar satır. Ödənişin 12 ay ərzində hissə-hissə ödənilməsinə baxmayaraq vergiyə olan ödəniş malın tam dəyərinə ay sonunda hesablayıb ödəməli oluruq. Bu Vergi Məcəlləsinin hansı maddəsinə əsaslanır.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan malların təqdim olunması zamanı ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtının müəyyən olunması Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.

Həmin maddəyə əsasən kreditlə təqdim edilmiş mallara görə elektron vergi hesab-fakturası 5 gün ərzində verildikdə, lakin həmin elektron vergi hesab-faktura üzrə ödəmə 30 gün müddətində həyata keçirilmədikdə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt elektron vergi hesab-fakturanın verildiyi vaxt, elektron vergi hesab-fakturası 5 gün ərzində verilmədikdə və ödəmə 30 gün müddətində həyata keçirilmədikdə isə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt həmin malların göndərildiyi və ya təqdim edildiyi vaxt sayılır.

Eyni zamanda bildiririk ki, hüquqi şəxs tərəfindən mallar (iş və xidmətlər) fərdi sahibkarlara və ya hüquqi şəxslərə  təqdim edildikdə elektron qaimə-faktura verilməlidir.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı71-1-ci və 166.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email