» » » Maliyyə hesabatı haqqında anlayış, onların təyinatı və ona olan tələblər

Maliyyə hesabatı haqqında anlayış, onların təyinatı və ona olan tələblər

posted in: Uncategorized | 0

Hesabatda müəssisənin istehsalat-təsərrüfat və maliyyə nəticələri haqda məcmu məlumatlar öz əksini tapır. Mühasibat, statistik və operativ hesabatların məlumatları informasiya mənbəyi sayılır.

Mühasibat (maliyyə) hesabatı nədir?

Mühasibat (maliyyə) hesabatı – müəssisənin hesabat dövründə əmlak və maliyyə vəziyyətini konkret və anlaşıqlı formada xarakterziə edən hesabat formalarının məcmusudur.

O, mühasibat uçotu məlumatlarının ümumiləşdirilməsinə əsaslanır və müəssisə ilə onun fəaliyyəti haqda informasiyalardan istifadə edən istifadəçiləri əlaqələndirən informasiya sistemidir.

Mühasibat (maliyyə) hesabatı ilk sənədlərlə təsdiqlənən sintetik və analitik uçota əsasən tərtib olunur. Respublikamızda bütün müəssisələr üçün Mühasibat (maliyyə) hesabatının vahid formaları nəzərdə tutulmuşdur. Mühasibat (maliyyə) hesabatının tərkibi və göstəricilərinin vahidliyi onun istifadəçilərinin müvafiq informasiyalara olan ehtiyacını ödəmək üçündür.

Bazar iqtisadiyyatı şəraitində üç növ hesabat tərtib oluna bilər:

• Müəssiənin özünün istehsal və idarəolunma xüsusi ehtiyaclarını ödəmək üçün;
• Müəssisə haqqında zəruri informasiyalara malik olmağa maraq göstərən kənar təşkilatlar üçün;
• Kütləvi informasiya vasitələrində dərc olunmaq üçün.

Statistik hesabatlar miqdar və kəmiyyət göstəricilərini statistik qaydada öyrənmək və mühasibat uçotu üçün xarakterik olmayan qaydada ölçmək və ümumiləşdirmək üçün nəzərdə tutulur. Statistik hesabat müəssisənin fəaliyyətinin ayrı-ayrı tərəflərinin əks etdirməyə xidmət göstərir.

Operativ hesabat təsərrüfat əmliyyatlarının baş verdiyi anda və yaxud bilavasitə baş verdiyi andan sonrakı cari nəzarət və müəssisədaxili idarəetmə üçün nəzərdə tutulur. Belə hesabat üçün materialların göndərilməsi, istehsal planının yerinə yetirilməsi, qarşılıqlı müqavilələrə əməl olunması, müəssisələrin maliyyə vəziyyəti və s. haqqında məlumatlar xarakterikdir.

Təqdim edilmə dövrünə görə hesabat dövri (ildaxili) və illik hesabatlara bölünür. Dövrü hesabat rüblər üzrə tərtib olunur. Belə hesabat daha yığcamdır, burada olan hesabat formaları və göstəriciləri nisbətən məhduddur, təqdim olunma müddəti qısadır.

İllik hesabat müəssisənin il ərzindəki təsərrüfat fəliyyətininin və maliyyə nəticələrinin demək olar ki, bütün cəhətlətinin əks etdirir.
Əhəmiyyətindən asılı olaraq hesabatları ümumdövlət və zavoddaxili hesabatlara bölmək olar. Ümumdövlət hesabatları republikanın inkişafında son dərəcə önəmli rol oynayan sahələrin(məsələn, neftçıxarma, qaz istehsalı və s.) maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil etmək üçün zəruridir. Zavoddaxili hesabatlar müəyyən dövr ərzində sexlərin, bölmələrin, növbələrin və briqadaların işinə nəzarəti həyata keçirmək, habelə məhsulların buraxılışı və yola salınması üzrə planların yerinə yetirilməsi, avdanlıqların işi və s. məsələlər haqda məlumatlar əldə etmək üçün nəzərdə tutulur.

Həcmindən asılı olaraq hesabatlar ilkinicmal hesabatlara bölünür.

İlkin hesabatlar cari uçot məlumatları əsasınada doldurulur.

İcmal hesabatlar yuxarı təşkilatlar, ərazi prinsipi və istehsal sahələri üzrə statistika orqanları tərəfindən tərtib edilir.

Belə hesabatlar yuxarı təşkilatların fəliyyətlərinin bir sıra göstəricilərini ümumiləşdirir. Tabelikdə olan müəssisələrin ilin axırına göstəriciləri icmal hesabata daxil edilir. Müəssisələrin və yuxarı təşkilatların hesabat formaları öz tərkibinə və formalarına görə eynidir. Göndərilmə üsuluna görə poçt və teleqraf hesabatlarını bir – birindən fərqləndirirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci ildə “2005-2008- ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” qəbul etmişdir. Həmin Proqrama əsasən Maliyyə Nazirliyinin təşkilatı və metodiki rəhbərliyi altında Kommersiya təşkilatları üçün -37 Milli Mühasibat Uçotu Standartları hazırlanmış və hal-hazırda həmin sənədlər bəzi müəssisələr tərəfindən tətbiq edilir. Təşkilati-hüququ formasından asılı olmayaraq hüquqi şəxs sayılan bütün müəssisələr üçün hesabat göstəriciləri qarşılıqlı əlaqədə olmalı və biri-birini tamamlamalıdır.

Mühasibat hesabatlarına obyektiv zərurət müəssisələrin operativ qaydada idarə olunması, qarşıdakı kapital qoyuluşları və maliyyə riskləri üzrə əsaslandırılmış qərarların qəbul edilməsi tələblərindən irəli gəlir. Bu baxımdan hesabat müəssisələrin fəaliyyətinin başlıca cəhətlərini dəqiq və real surətdə açıqlamalıdır. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin təsərrüfat maliyyə nəticələrinin formalaşması prosesi kəmiyyət və keyfiyyət cəhətdən yeni xüsusiyyətlər kəsb etməkdədir. Bu zaman hesabatda öz əksini tapan informasiya qarşısında qoyulan əsas tələblər həmin müəssisə ilə işgüzar əlaqələrdə olan tərəflər üçün informasiya faydalı olmaqdadır. Hesabatda əks etdirilən informasiya onu istifadə edənlərin tələbatını ödəmək üçün müəyyən keyfiyyət meyarlarına cavab verməlidir.

Mühasibat hesabatı formalarının işlənib hazırlanması hesabata dair ümumi tələblərə əsaslanır: tamlıq, neytrallıq, əhəmiyyətlilik, müqayisəlilik və s. Tamlıq tələbinin mahiyyəti təşkilatın maliyyə vəziyyəti, təkcə əsas təşkilatın deyil, onun törəmə müəssisələrinin, filiallarının, nümayəndəliklərinin, o cümlədən müstəqil balansı olan təşkilatların formalaşmasından ibarətdir. Təqdim edilmiş məlumatlar maliyyə vəziyyəti haqqında tam təsəvvür yaratmazsa mühasibat uçotuna əlavə göstəricilər və izahatlar daxil edilməlidir.

Neytrallıq tələbinə görə informasiyalar mühasibat hesabatı istifadəçilərinin hamısının tələbatını təmin etməlidir. Əhəmiyyətlilik tələbinin mahiyyəti ondan ibarətdir ki, müəssisənin mliyyə vəziyyətinə və maliyyə nəticələrinin qiymətləndirilməsinə ciddi təsir göstərən ayrı-ayrı aktivlər, öhdəliklər, gəlirlər, xərclər, müəssisənin kapitalı barədə göstəricilər ayrılıqda əks etdirilməlidir, əhəmiyyətli sayılmayan göstəricilər birləşdirilərək mühasibat hesabatlarına izahatlarda açıqlana bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *