Maliyyə Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyi“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə Nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qeyd edək ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

– Maliyyə vəziyyəti haqqında;

– Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

– Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.


Telegram qrupumuza üzv olun

Eyni zamanda maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə, yalnız həmin formanı doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Nazirlik QHT-lərdən illik maliyyə hesabatların elektron alınması məqsədilə “Elektron hesabatlılıq proqramı” hazırlayıb, www.qht-hesabat.maliyye.gov.az linki vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək olar.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *