Pandemiyadan zərərçəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib

posted in: Xəbər | 0

onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) koronavirus (COVID-19) pandemiyası ilə üzləşən və bunun təsirini idarə etmək üçün yardıma ehtiyacı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yaratdığı “Böhran dövründə necə” adlı bilik platformasının yeni modulu istifadəyə verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, biznesin maliyyələşdirilməsinin yolları adlanan yeni modul maliyyənin hansı formasının biznesə uyğun olduğunu anlamaqda, maliyyə dəstəyi üçün necə müraciət edilməsi və həlledici maliyyələşdirmə qərarları ilə qarşılaşdıqda düzgün seçimin edilməsi sahəsində sahibkarları bilik və bacarıqlarla təmin edəcək.

Modulun əhatə etdiyi 3 əsas mövzu bunlardır:
  • Maliyyə resurslarının seçimi və strukturlaşdırılması
  • Maliyyə resurslarının təşkili
  • Maliyyələşdirmə problemlərinin həlli.

Moduldan istifadə etmək üçün www.ebrdknowhowacademy.com saytında qeydiyyatdan keçmək lazımdır. Mobil cihaz vasitəsilə proqrama qoşulmaq üçün “App Store”dan “Go.Learn” tətbiqini yükləyərək www.ebrdknowhowacademy.com saytına daxil ola bilərsiniz.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *