Vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.
Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Alış aktının elektron qaydada tərtib edilməsi üçün proqram təminatından istifadə qaydaları barədə məlumat əldə edilməsi üçün aidiyyəti üzrə qeydiyyat vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.
Mənbə: vergiler.az
Bax:
Ezamiyyədə olan işçinin maaşının hesablanması
Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?
Riskli vergi ödəyiciləri siyahısından necə çıxmalı?
İşəgötürən işçini ixtisar etdiyi halda müavinət
İcarə haqqından gəlir vergisinin hesablanması
Əmək müqaviləsinin ləğv edilməsi
İcarəyə götürülmüş əsas vəsaitlərə təmir xərclərinin hesablanması
Bu halda qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?
Başqa işə keçirilmənin sənədləşdirilməsi
Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?