Malların satışı üçün agentə E-qaimə verilir?

posted in: Xəbər | 0
birbank biznes

Elektron qaiməSual: Agent fəaliyyəti ilə məşğul olan şəxsin anbarına olan mal qalığına münasibətdə vergi orqanları hansı addımları ata bilər? Yəni bu mal firmanın malı heab olunurmu? Firmanın anbar qalığına aid edilirmi? Firma agentə elektron qaimə faktura verməlidirmi?

Cavab: Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadığı halda təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.


Elektron qaimə-faktura verməsək bizi hansı cərimələr gözləyir?


Malların satışının həyata keçirilməsi məqsədi ilə malların agentlərə təhvil verilməsi üzrə vəkalət verən şəxs tərəfindən agentə elektron qaimə-faktura təqdim edilmir. Qeyd olunan əməliyyat müvafiq qaydada sənədləşdirilir və xidmətin göstərilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.

Agentin anbarında olan malların digər şəxsə (vəkalət verənə) aid olduğunu təsdiq edən sənədlər (“Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə”, “Malların təhvil-qəbul aktı” ) mövcud olmadığı halda vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulan sanksiyalar tətbiq olunur.

Mənbə: taxes.gov.az


Print Friendly, PDF & Email