“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0

Bu gün Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclası keçirilib.

İclasda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə edilib. Qanun layihəsi barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev məlumat verib.

O qeyd edib ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub.

Nazir müavini bildirib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir. Onun  sözlərinə görə, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. İ.İsayev qeyd edib ki, məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar da var. Onun sözlərinə görə, bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur.

Nazir müavini vurğulayıb ki, bunun da 282,6 milyon manatı əsas borclar, 81,8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir.

İ.İsayev deyib ki, bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.

Layihə müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *