Mənfəət vergisi bəyannaməsinin 229-cu və 221.4-cü sətirlərində olan xərclər hansı hallarda ayrıca və ya birlikdə yazılmalıdır?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

MənfəətSual: Mənfəət vergisi bəyannaməsinin 229-cu və 221.4-cu sətirləri barədə. Bildiyimiz kimi, malların alışı, daşınması ilə bağlı çəkilən xərclər malın maya dəyərinə əlavə edilir və bu dəyər Mənfəət vergisi bəyannaməsinin 221.4 sətrində öz əksini tapmalıdır. Bəs onda 229 sətirdə hansı məlumatlar qeyd olunmalıdır? Bu sətrə qeyd olunarsa bu zaman xərc kimi nəzərə alınır. Eyni zamanda maya dəyəri də gəlirdən çıxılması üst-üstə düşür?

Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Cavab: Bildiririk ki, malların alqı-satqısı barədə bağlanmış müqavilədə malların daşınmasına çəkilən xərclər malın maya dəyərinə aid edilərək birlikdə göstərildikdə “Mənfəət vergisinin bəyannaməsi”nin 221.4-cü (Malın dəyəri) sətrində, daşınma xərcləri malların dəyərinə aid edilməyərək ayrıca göstərildikdə isə həmin bəyannamənin 229-cu (Nəqliyyat xərcləri) sətrində əks etdirilməlidir.

Bax: Vergilər nazirinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “ Mənfəət vergisinin bəyannaməsinin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

  1. Şirinov Akif Vəzir oğlu
    |

    Mənfəət vergisi bəyannaməsində nəqliyyat xərcləri sətrində nəqliyyat xidməti göstərən müəssisələr nəqliyyat xərclərini göstərir. Mal alanlar isə alınmış malın dəyərinə malın daşınması xərclərini əlavə edərək 221.4-cü sətrdə göstərilməlidir.