Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

posted in: Xəbər | 0

TəmirSual: İlin əvvəlinə binanın balans dəyəri 50.000 manat qalıq dəyəri 30.000 manat olub. İl ərzində binaya 600 manat amortizasiya hesablanmasına baxmayaraq onun təmirinə 900 manat xərc çəkilib. İlin sonuna onun qalıq dəyəri nə qədər olacaq?

Bax: İşçinin mülkiyyətində olan avtomobilin xərcləri hansı hallarda şirkətin xərci hesab edilə bilər?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd etdiyiniz halda əsas vəsait olan binanın əvvəlki ilin sonuna qalıq dəyəri (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) 30.000 manat olarsa, bu dəyərin üzrəinə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi (900-(30.000*2%)=300) əlavə edilir (30.000+300=30.300) və hesablanmış amortizasiya ayırması (2121 manat) çıxılaraq vergi ilinin sonuna olan qalıq dəyəri müəyyənləşdirilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər (sorğunuzda qeyd etdiyiniz halda 30.300*7%=2121-600=1521 manat).

Bax: Vergi Məcəlləsinin 114 -cü> və <115.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Bax: Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *