Mərkəzi Bank stimullaşdırıcı lotereyaya start verib

posted in: Xəbər | 0

uçotMərkəzi Bank stimullaşdırıcı lotereyaya start verib.


Əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən 01.02.2019-cu il tarixdən etibarən bütün respublika ərazisində “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verilmişdir.

Lotereyada respublika ərazisində fəaliyyət göstərən təsərrüfat obyektlərində quraşdırılmış POS-teminallar vasitəsi ilə minimum 5 manat məbləğində nağdsız qaydada alış-veriş edən şəxslər avtomatik olaraq iştirak edəcək, keçirilməsi nəzərdə tutulan 3 tirajda qalib gələcək 1800 kart sahibinin bank hesabına 50 manat məbləğində uduş məbləği köçürüləcəkdir.

Bununla əlaqədar, nağdsız ödənişlərin qəbul edilməsi üçün tərəfinizdən POS-terminallardan istifadə edilməsi və istehlakçıların elektron ödəniş etmək imkanının təmin edilməsi Sizdən xahiş olunur.

Eyni zamanda xatırladırıq ki, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək Vergi Məcəlləsi ilə müəyyən olunmuş vəzifənizdir.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *