Milyarderlərlə bağlı yumor

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

yumorAmerikalı milyoner söyləyir:

– Arvadımla mən Amerikaya gələndə, bizim cəmi 2 sentimiz var idi. Biz iki çirklənmiş almanı aldıq, yuduqdan sonra 4 sentə satdıq. Sonra 4 alma aldıq və 8 sentə satdıq.

–  Bəs sonra?

– Sonra mənim nənəm öldü və bizə 2 milyon dollar vəsait miras qoydu.


Bir yaşlı milyarder baba olmağı arzulayır. Bir dəfə o, özünün üç oğlunu və onların həyat yoldaşlarını bir araya toplayır və elan edir:

– Baxın, mənim uşaqlarım! Təəssüflər olsun ki, indiyə kimi heç biriniz övlad sahibi deyilsiniz. Nəslimiz kəsilməsin deyə, elan edirəm, öz vərəsəm olaraq, mənə ilk nəvə bəxş edən oğlumu təyin edəcəyəm. O şərəfə içirəm!

O, bokalı yerə qoymağa macal tapmamış, otaqda artıq heç kim qalmamışdı!


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email