Mühasib fırıldaqları (3-cü sxem)

birbank biznes

 

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

 

3-cü sxem
Saxta xəstəlik vərəqələrindən istifadə olunmaqla fırıldaqçılıq

Əmək müqaviləsi əsasında işləyən əməkdaş qanunvericiliyə uyğun olaraq bir sıra sosial zəmanətlərə malikdir. Bunların arasında müvəqqəti iş qabiliyyətinin itirilməsinə görə verilən müavinətlər də xüsusi yer tutur. Belə müavinətlər xəstəlik vərəqələri əsasında verilir.

Xəstəlik vərəqələrinə görə ödənişləri biz müəssisədən alsaq da, həmin xərcləri dövlət qarşılayır. Hər bir müəssisə əhalinin sosial müdafiə Fonduna (ƏSMF) müəyyən köçürmələr edir. Hər ay mühasib tərəfindən müəssisənin əməkhaqqı fondundan müəyyən faiz həcmində (bu qanunla tənzimlənir) sözügedən Fonda köçürmələr edilir.

Hər ay mühasib belə bir hesablama həyata keçirir: ƏSMF-ə köçürülən məbləğdən xəstəlik vərəqəsinə görə ödənilməli olan məbləğ çıxılır. Beləliklə, hər ay müəssisədən ƏSMF-ə köçürülməli olan məbləğ xəstəlik vərəqələrinə görə ödənişlər səbəbindən azalır.

Hər bir mühasib müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə bağlı müavinətlərin necə köçürülməsi ilə yaxşı tanışdır. Aydındır ki,  istənilən insafsız mühasib “qondarma” xəstəlik vərəqələri əldə etmək imkanına malikdir və bundan özünə müəyyən fayda götürə bilər. İşə çıxmadan pul əldə etmək perspektivi hər halda müəyyən qədər cəlbedici görünür axı.

Əgər, sizin mühasibiniz xəstəlik səbəbiylə (məsələn, hər ay kəskin respirator xəstəliklər üzündən iş buraxırsa) tez-tez işə çıxmırsa, bu onun öz işinə səhlənkar yanaşmasından şübhələnmək üçün əsas verir. Təbii ki, bu şəxs əgər ara vermədən xəstələnirsə və eyni zamanda zahiri görkəmi əla vəziyyətdədirsə, idmanla məşğul olursa – deməli, ona ikiqat diqqət yetirilməlidir.

Çox güman ki, belə mühasib sadəcə özünə bir həftəlik istirahət götürür və müvəqqəti iş qabiliyyətini itirməsi səbəbiylə özünə xəstəlik vərəqəsinə əsasən müəyyən həcmdə məbləğ hesablayır. Belə mühasiblərə digər məsələlərlə bağlı da öz xidməti vəzifəsini lazımi səviyyədə yerinə yetirməməsi ilə bağlı tez-tez irad bildirmək lazımdır. Hər hansı bir problem ortaya çıxdığı zaman, bir qayda olaraq belə işçiyə güvənmək çox çətin olur.  Belə demək mümkünsə, bu insan şirkətin iş vaxtını sadəcə oğurlamaqla məşğuldur.

Yeri gəlmişkən, bu cür vicdansız mühasib başqa işçilərlə bağlı saxta xəstəlik vərəqələrinə də asanlıqla göz yuma bilər, təbii ki, müəyyən mükafat xatirinə. Eləcə də o, bir mütəxəssis kimi müəyyən işlərə görə əmək haqqına əlavələrlə bağlı sənədlərin rəsmiləşdirilməsi zamanı da, müəyyən maxinasiyalara gedə bilər. Müəyyən şirkətlərdə əsasən məzuniyyət mövsümündə bu cür mühasiblərin əli ilə saxta xəstəlik vərəqələri ilə bağlı fırıldaqçılıq kütləvi xarakter alır.

Yekunda demək çox vacibdir ki, “saxta” xəstəlik vərəqələri ilə fırıldaqçılıq əsasən bütün vergilərin rəsmi şəkildə ödənildiyi müəssisələrdə etmək mümkündür. Əgər, hər hansı bir iş yerində əmək haqqı bütünlüklə (və ya maaşın bir hissəsi) zərf şəklində verilirsə, onda bu cür fırıldaqçılıq üçün zəmin də qalmır.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email