Mühasib fırıldaqları (8-ci sxem)

birbank biznes

8ci sxem

Öz saxtakarlıqlarını ört-basdır etməkdən ötrü yanğın törədən mühasiblər

Bəzən mühasib öz səhlənkarlıq və saxtakarlıqlarının izini itirməkdən ötrü yanğın törətmək kimi əmələ belə əl atmaqdan çəkinmir. Bu üsulla o, mühüm əhəmiyyət kəsb edən mühasibat sənədlərini və kompüterləri məhv etməyə cəhd edir.

Mühasib bilir ki, mənimsəmə faktı ilə müqayisədə yanğınla bağlı onun üzərinə daha az şübhə düşəcək. Oğurluğun istintaqı zamanı müstəntiqlər bu cinayətin kimə daha çox sərfəli olması ilə bağlı sual verəcəklər. Belə halda mühasib maraqlı şəxs kimi, danışıqsız başlıca şübhəli şəxsə çevriləcək.

Həqiqətən, mühasibat sənədləri mühasibdən başqa kimlərə gərəkdir ki? Yanğın baş verdikdə isə mühasib fərz edir ki, o, şübhələrdən kənarda qalacaq, axı yanğına çox şey səbəb ola bilər: qısa qapanma, yerə atılmış siqaret kötüyü və ya elektrik çaydanı. Elədir, yanğını təşkil etmək, “oğurluq” etməkdən çox asan məsələdir. Məsələn, dünən söndürülməmiş siqaret kötüyünü “unutmaq” və gizlində onun yanğın törədə biləcəyinə ümid etmək olar.

Yeri gəlmişkən, odun məhv elədiyi sənədləri bərpa etmək ilk baxışda göründüyü kimi elə də çətin məsələ deyil. Sənədlərin hansı hissələrinin yanğından zərər çəkmədiyini təhlil etməyə dəyər. Məsələn, müəssisənin anbardar tərəfindən mal-maddi dəyərlərin daxil olması və anbardan çıxması ilə bağlı sənədlərin surətini özündə saxlayır. Bundan əlavə, xidməti banka müraciət edib ödəniş qəbzləri və çeklərinin və s. oradan surətini əldə etmək olar. Və toplanmış həmin sənədlər əsasında müqavilələrin və mal müşayiəti sənədlərinin əsas hissəsini bərpa etmək mümkündür.

Misal üçün, ödəmə qəbzində hər hansı bir “A” müəssisəsinə alınan məhsula görə pul ödənilibsə, həmin müəssisə ilə əlaqə saxlayıb həmin əməliyyata dair müqavilələrin və digər sənədlərin surətlərini xahiş edərək almaq olar.  Müəssisənizlə əlaqəsi olan digər təsərrüfat subyektləri ilə də eyni cür hərəkət etmək mümkündür.

Əgər kompüterin sərt diski elə də çox zərər görməyibsə, onda olan məlumatları asanlıqla bərpa etmək mümkündür. Əgər, informasiyalar kənar daşıyıcılarda da (fləş-kart və ya disk) varsa, onda sizin bəxtiniz gətirib. Belə halda siz ilkin sənədləri tam bərpa edə bilərsiniz və beləliklə də müəssisənizin mühasibat uçotu sahəsində obyektiv təsvirini əldə edə biləcəksiniz. Ona görə, təşkil olunmuş “yanğınlar” işləri bir qədər ləngitsə də, çox vaxt mühasibə səhlənkarlıq və ya saxtakarlıqlar üzündən məsuliyyətdən yayınmağa imkan vermir.

Əgər, müəssisənizin mühasibatlığında yanğın baş veribsə, bunun üzərində düşünməyə dəyər. Hər şeydən əvvəl xatırlamağa çalışın, yaxın vaxtlarda vergi yoxlaması gözlənilirdimi? Əgər hə, onda yanğının izlərini itirmək məqsədi ilə mühasibiniz tərəfindən süni şəkildə təşkil olunması ehtimalı ola bilər.  Yanğının hansı səbəblər üzündən baş verdiyini, bu səbəbləri araşdıran yanğından mühafizə xidmətinin tərtib etdiyi akta baxdıqdan sonra bilmək mümkün olacaq. Əgər, həmin aktda yanğının qəsdən törədildiyi yazılarsa, onda sizin şübhələriniz bir qədər də əsaslı olacaq.  Əgər, siz yanğının təşkilində mühasibinizdən şübhələnirsinizsə, belədə onun sənədlərin bərpası işinə cəlb etmək, məqsəduyğun deyil.

Məqalənin 7-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email