Mühasib işi nə üçün mürəkkəbdir?

birbank biznes

Mühasib işi1-ci hissə

Ukraynada maliyyə ixtisasları yalnız ölkə müstəqillik əldə etdikdən sonra populyarlıq qazanmağa başladı. Sovet dövründə populyarlıq reytinqində uzun müddət aparıcı yerlər tutan ixtisaslar, ikinci plana keçdi, çünki adamlar daha yüksək və stabil əməkhaqqı almağa can atırdılar. Həmin zamanlarda, yəni, müstəqillikdən sonra dövlət müəssisələrində maaşların ödənilməsində fasilələr yarandığından, şəxsi sahibkarlıq fəaliyyəti önə keçməyə başladı, bununla  yanaşı mühasib peşəsi də populyarlıq qazandı.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu gün mühasibatlıq hər bir müəssisə və ümumilikdə, bütün ölkə iqtisadiyyatında önəmli yer tutur. Axı, mühasibatlıq – bu, müəssisə, idarə və ya təşkilatın elə bir xüsusi bölməsidir ki, hansı ki, mühasibat uçotunu aparır, maliyyə nəzarətini təmin edir və nəzarətedici orqanlar üçün hesabatları hazırlayır. Bu, sözügedən bölmə şirkətlərin maliyyə vəziyyəti haqqında ətraflı məlumat əldə etmək üçün mütəmadi olaraq tam və dəqiq məlumat verməli və gələcəkdə çatışmazlıqları müəyyənləşdirmək, təhlil etmək və düzəltmək imkanı qazanmalıdır. Bu çətin və diqqət tələb edən işi, müvafiq təhsil almış və mühasibat kurslarını və ya 1C kurslarını bitirmiş mühasib yerinə yetirir.

İndiki zamanda mühasib – çox mühüm bir peşədir, axı, heç bir müəssisə onsuz keçinə bilməz. Uzun illər ərzində əmək bazarında bu peşə, xüsusilə də mühasibat uçotu üzrə 1C 8.2 proqramını mənimsəyən peşə özünə şöhrət qazanıb. Ölkə iqtisadiyyatının gur inkişafı, mövcud şirkətlərin genişlənməsinə, filiallarının sayının yüksəlməsinə, eləcə də yeni şirkətlərin meydana çıxmasına gətirib çıxardı. Bir mühasib kiçik bir müəssisədə işlərin öhdəsindən gələ bilir, amma, müəssisə inkişaf edib böyüdükdə, işlərin həcmi əhəmiyyətli dərəcədə genişlənir və digər mühasiblərin köməyinə ehtiyac yaranır. Təhlilçilərin proqnozlarına görə, bu peşənin mümayəndələrinə tələbat gələcəkdə də zəifləməyəcək.

Mühasibin yerinə yetirə bildiyi funksiyalar rəngarəngdir. Misal üçün, şirkətin mühasibi işçilərə əməkhaqqı verir, sənədləri tərtib edir, mühasibat qeydə almalarını yerinə yetirir, balansı və digər maliyyə hesabatlarını tərtib edir, 1C mühasibat proqramından sərbəst şəkildə baş çıxarır və s.

Həmçinin bax: Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

İlk baxışdan bu peşə asan görünür. Amma, müasir mühasib – bu, ali təhsilli insandır, o, təkcə mühasibat uçotu sahəsində biliklərə yiyələnməklə kifayətlənməməli, həm də bir sıra digər fənlər sahəsindən də sərbəst şəkildə baş çıxarmalıdır. Mühasib statistikanı, maliyyəni, vergi uçotunu, hüququ bilməli, xüsusi proqram təminatı, kassa əməliyyatları, pensiya və sosial söğorta  və hətta istehsal texnologiyasından baş çıxarmalıdır. Əsil təcrübəli mütəxəssis işlədiyi müəssisənin fəaliyyətinə aid bütün işlərə bələd olmalı, iqtisadiyyat və siyasətlə maraqlanmalı , qanunvericilikdə aparılan dəyişiklikləri izləməli və mühasibat uçotu kurslarında daim öz ixtisasını artırmalıdır. Mühasib işləyən şəxs səliqəlilik, diqqəti cəmləmək, məsuliyyətlilik, dözümlülük kimi cizgilərə malik olmalı və diqqət tələb edən işə sevgi ilə yanaşmalıdır.

Hər bir mühasib özlüyündə yaradıcı bir insan olmalıdır. Hər gün çətin vəziyyətlərdən çıxış yolu axtarmalı, nəzarət orqanlarının iddialarına qarşı şirkətin  müdafiəsində arqumentlər axtarıb tapmalıdır. Bəzən şirkət rəhbərliyi nəticələrini bilmədən, tərəfdaşlarla geniş miqyaslı müqavilələr bağlayırlar ki, bu da vergilərlə bağlı lazımsız xərclərə gətirib çıxarır. Və bu vəziyyətdən müəssisəni yalnız mühasib çıxara bilər, hansı ki, bütün tərəfləri təmin edə bilər.

Beləliklə, müasir mühasib yüksək təhsilli və səlahiyyətli və ixtisaslı, mövcud peşə kriteriyalarına  cavab verən insan olmalıdır; o, daim səviyyəsini yaxşılaşdıran qeyri-adi və tam inkişaf etmiş şəxsiyyət olmalıdır; müasir mühasib – o, işgüzar ünsiyyətə meyilli, kommunikativ bir mütəxəssis olmalıdır. Mühasibin işinə olan tələblər olduqca yüksəkdir, ona görə mühasib “işıqlı zəka”, yaxşı yaddaş, 1C proqramı üzrə işləmək bacarığına malik olmalıdır.

Həmçinin bax: Uğurlu mühasib olmaq üçün 4 üsul

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email