Mühasib keçmişdə və gələcəkdə (V hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

mühasib keçmişdə, güzəştlər, baş mühasib, vakansiyaMühasib keçmişdə və gələcəkdə (V hissə)

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun.

Bizim halda şagird nəzəriyyəçi idi. O, suallar verirdi. Bu da yaxşı insan olmaq, elmə yiyələnmək və onun vəzifələrini uğurla həll etmək yoludur. Müəllim də nəzəriyyəçi idi, lakin, böyük təcrübəyə malik idi. Ortaya qoyulan suallara mümkün cavabların icmalını verdi. Başa düşürdü ki, son, mütləq şəkildə tamamilə düzgün cavab ola bilməz. Çünki K. Popperin saxtalaşdırma meyarından keçən hər bir nəzəriyyə bəzi həqiqətləri izah edə bilər, digərlərini isə izah edə bilməz.

O səbəbdən Deqranj və Şerin hər iki nəzəriyyəsi elmin tələblərinə cavab verir. Beləliklə, ilk nəzəriyyə bütün hesabları hesablama hesabları kimi başa düşməyə gətirib çıxarır. Yəni, onun üçün hər bir hesab aktiv-passivdir və öz vəsaitlərinin hesablarında təsərrüfat həyatının faktlarını müəyyənləşdirməkdən başqa bütün qeydləri mükəmməl şəkildə izah edir. İkinci nəzəriyyə, bütün hesabları aktiv və passivə bölməklə, şəxsi vəsaitlər hesabında (nəticə hesabları da daxil olmaqla) qeydlərin yaxşı izahını verir. Amma, hesablaşma hesablarının uçotunun açılması zamanı çox vaxt gücsüz olur. Ona görə, bu nəzəriyyələrdən birinin yaxşı, digərinin pis olduğunu söyləmək olmaz. Onlar bir-birini tamamlayır, dolğunlaşdırır. Onlarda hər biri eyni zamanda yaxşı və pisdir. Hər ikisi lazımlıdır.

İnsanın elmə yanaşmasının bütün mənası bundadır. Zira çox şey bilir və insan həqiqətlərinin nə qədər ziddiyyətli və nisbi olduğunu yaxşı başa düşür. Hətta riyaziyyatın özü bütünlüklə paradokslardan ibarətdir. Yəqin ki, yeni zamanda ilk dəfə C. Berkli (1685-1753) sadə bir nümunədə bunu göstərmişdir: 12 ′ 0 = 0; 13 ′ 0 = 0. Burada 12 ′ 0 = 13 ′ 0. Əgər idarəetmənin hər iki hissəsinə sıfra bölsək, belə olacaq: 12 = 13.  Buradan görünür ki, qüsursuz məntiq absurd nəticələrə gətirib çıxarır.

Oxşar paradokslar bütün mühasibatlığı alt-üst edir:

– gəlir var, amma, firma müflis elan edilir;

– hazır məhsulların maya dəyəri nə qədər yüksək olarsa, sabit və ya artmaqda davam etməyən istehsalatda balansda daha çox mənfəət olur;

– zərər tam hüquqlu əmlakın tərkibinə daxildir; müəssisənin bazar dəyəri onun hissələrinin dəyərinə bərabər deyil; və digər bir sıra paradokslar.

Paradokslar müəyyən paradiqma çərçivəsində mövcuddur. Göstərilən mühasibat paradoksları ikili qeydiyyat postulatından irəli gəlir və imtina edildikdə, ortadan qaldırılacaq. Lakin yeni paradiqmada da paradokslar az olmayacaq. Və əslində hələ hansı paradiqma daha yaxşıdır, sualı da var.

Bizim halda bu suala cavabı bizim elmin tarixində tapmaq mümkündür.

Tarix lazımdırmı: həm hə, həm yox

Bəzən deyirlər: qədim yunanlar böyük bir xalq idilər, çünki bizimlə müqayisədə tarixləri yox idi. Lakin bu zaman unudurlar ki, tarix elmini məhz, onlar yaradıblar. O vaxtdan ziyalı adamlar Heredotun (e.ə. 480-425-ci illər) və Fukididin (e.ə. 460-400-cü illər) əsərlərini oxuyurlar. Qeyri-ziyalılar isə adətən deyirlər ki, bizim həyatımızda – tarix təcrübə üçün heç nə vermir və təhsil proqramlarını yalnız ağırlaşdırır.

Vaxtilə bir yerdə işləmək səadəti nəsib olmuş professorlardan (1904-1983) birinin söylədiyi sözləri xatırlayıram. O tez-tez belə deyirdi: “Nə vaxtsa olub, amma, bu keçmişdə qalıb, cəhənnəm olsun”, yaxşı sözlərdir, amma, qızıl sözlər deyil. Zira keçmişdə də bizim günlər üçün əhəmiyyət daşıyan çoxsaylı, ən müxtəlif və rənagarəng, əla ideyalar olub. Amma, keçmişin xatirəsini saxlamaq lazımdır və orada çox yetkin və təsirli ideyalar var.

Onlar bir çoxlarına kömək edə bilər, bəzilərinə isə əhəmiyyətli kömək göstərə bilər. Xatirimdədir, aspirant olduğum illərdə öz elmi rəhbərim olan professorun (1896-1981) yanına gəldim və soruşdum ki, veksellər mühasibat uçotu metodologiyasına necə təsir göstərib. Ağsaçlı müəllim dedi: “Bunu unut! Veksellər var idi, səhmlər var idi, kim bilir daha nələr var idi və artıq bunların heç biri yoxdur və olmayacaq. Başını köhnə şeylərlə doldurma. İrəliyə bax!” Mən də inandım. Sağlam skeptisizmi ilə fərqlənən və elm adamı üçün zəruri olan tarixi sevən dostum isə buna inanmadı. Veksellərlə bağlı köhnə kitabları qarşısına töküb oxumağa başladı, hər şeyi diqqətlə öyrəndi. Bu zaman isə yenidənqurma dövrü başlandı. Həmin öyrəndiklərinin hesabına o dövrdə nələr qazandı, bir Allah bilir. Qazancını çemodanlarla daşıyırdı.


VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email