Mühasib keçmişdə və gələcəkdə (VIII hissə)

posted in: Xəbər | 0
birbank biznes

mühasib köməkçisi, vakansiya, mühasib operator, mühasib köməkçisi, vakansiya,Mühasib keçmişdə və gələcəkdə (VIII hissə)

VII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Bizdə maliyyə hesabatlarının beynəlxalq standartlara keçidindən çoxdan danışılır. Hətta artıq bir neçə dəfə bu standartlara keçildiyini elan etdilər. Lakin sonra başa düşdülər ki, növbəti keçid üçün yeni pul vəsaitləri lazımdır və onlar vəsaitlər tələb etdilər. Beynəlxalq orqanlarda bizim uçotumuzun uyğun olmadığını etiraf etdilər və elmi tədqiqat işləri (ETİ) mövzusunda yeni bahalı mövzular sifariş verdilər. Ümumiyyətlə, vəziyyət vaxtilə məktəblərdən birində baş verən əhvalatı xatırladırdı. Həmin məktəbdə riyaziyyat müəllimi vəfat etmişdi. Yeni müəllim həyəcan içində direktora xəbər vermişdi ki, dünyasını dəyişmiş müəllim şagirdlərə 2 X 2 = 10 kimi öyrədib.

Şura toplanır. Aydınlaşdırdılar və bildirdilər  ki, artıq bu cür öyrətmək olmaz, lakin, həm də 2 X 2 = 4 kimi də öyrətsək düzgün olmayacaq, çünki bu hamı tərəfindən hörmət edilən və əməkdar müəllimin nüfuzuna xələl gətirə bilər. Eləcə də bütün məktəbin nüfuzuna da bu ağır zərbə vurar. Uzun müzakirələrdən sonra yekdilliklə belə bir qərar qəbul olundu: cari il ərzində uşaqlara 2 x 2 = 8, növbəti ildə 2 x 2 = 9 olduğunu öyrətsinlər və s. bu cür ardıcıllıqla davam etsinlər. Zamanla hər şey öz yerinə oturacaq. MUT tərtibçiləri də bax, belə bir prinsiplə işləməyə başlayıblar. Həmişə kimdənsə nəyisə mənimsəyirlər və hər zaman ehtiyac duyulmayan yerdə ayrı bir mövzu olaraq bir şey öyrədirlər. İnsanlar da onlara həvəslə böyük pullar ödəyirlər. Burada hər şey səhvdir.

MHBS nəzəri düşüncənin ən böyük uğurudur, Nobel mükafatına layiqdir.  Lakin söhbət onların praktiki tətbiqindən gedirsə, onda başlıca sual yaranır: mühasiblər onları başa düşməyə və tətbiq etməyə hazırdırlarmı. MHBS-in aktual və potensial mülkiyyətçiləri bunu başa düşürlərmi və onlar bu standartlara uyğun tərtib edilmiş maliyyə hesabatını tələb edəcəklərmi. Beləliklə, əsas sual ortaya çıxır: bu kimə lazımdır? Cavab aydındır, MHBS hər şeydən əvvəl elmi-praktik işçilərə, yeni uçot metodlarını tərtib edənlərə və bu metodlardan gündəlik işdə istifadə edənlərə lazımdır. Ona görə də mühasibat uçotunu öyrənərkən MHBS-i ayrıca müstəqil kursa ayırmaq olmaz. İş ondadır ki, onlar müstəqil deyillər, onların obyekti mühasibat uçotu ilə bağlı eyni problemlərdir. Əsas cəhət isə odur ki, onlar MUT-da olduğu kimi deyil, digərlərini də nəzərdə tuturlar. Beləliklə, mühasibat uçotunun vahid kursu lazımdır. O, iqtisadi həyat faktlarını (mövzunu) və onların təhlili və qeydiyyatı variantlarını nəzərdən keçirməlidir.

MHBS-ni öyrənmək lazımdır.

Boloniya prosesi və bizim ali məktəb

Biz qlobal düyada yaşayırıq. O, bizim həyatımızın hər tərəfini əhatə etməsə də, ən azından bir çox tərəflərini əhatə edir. Bu, bir çox tərəflər arasında mühasibat uçotu da var. Əgər maliyyə hesabatlarının beynəlxalq standartlarının nə olduğunu əvvəlcədən bilmiriksə, onda ən azından MHBS-nin qısaldılmış abbreviaturasını deşifrə edə bilərik. Bütün bunlar o deməkdir ki, müxtəlif ölkələrin mühasibləri dərhal, indinin özündə olmasa da, ən azından yaxın gələcəkdə uçot metodologiyasını eyni cür anlayacaqlar və onlar üçün böyük çətinliklər olmadan, istənilən ölkədə işləmək üçün əla imkan yaranacaq. Bu, əhəmiyyətli bir üstünlükdür, xüsusilə də ölkədən ölkəyə problemsiz getmək olur. Bununla belə, belə səyahətlər üçün həm vahid mühasibat sisteminin, həm də vahid təlim prinsiplərinin başa düşülməsi lazımdır. Birinci problem MHBS köməyi ilə həll olunur, ikincisi, yəni, hazırda bizim üçün bu maraqlıdır: Boloniya prinsipləridir. Onlar bizim ixtisas seçən gənclərə dörd blokda peşəni mənimsəməyə imkan verməyi düşünürlər: mərhələlilik, mobillik, kreditləşmə, nəzarət. Onları nəzərdən keçirək.


IX hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email