Mühasib keçmişdə və gələcəkdə (IX hissə)

posted in: Xəbər | 0
birbank biznes

mühasib, vakansiya,Mühasib keçmişdə və gələcəkdə (IX hissə)

VIII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mərhələlilik. Ali məktəb iki mərhələyə bölünür: bakalavr və magistratura.  Bakalavr təhsili ən azı üç, maksimum dörd il, magistratura təhsili isə iki il nəzərdə tutur. Amma, burada bizi bəzi təhlükələr gözləyir. Birinci məsələ ondan ibarətdir ki, təhsilin növbəti dəfə yenidən qurulması zamanı çox “ağıllı” məmurlar sadəcə bizim hamımızın iqtisadçı olduğumuzu elan edərək ixtisasımızı ləğv edə bilərlər və qürurlu mühasib sözü dilimizdən çıxmağa başlayacaq. Bunun özü də dəhşətli bir təsdiqdir. Bir çox baş mühasiblər artıq maliyyə direktorları adlandırılır. Bu da çox pisdir. Digər bir təhlükə ondan ibarətdir ki, ali məktəblərin rəhbərliyi bakalavriatı ümumtəhsil, ümumiqtisad blokuna çevirəcəklər və artıq bunu qismən etməkdədirlər. İnsan dörd il ərzində mikro, makroiqtisadiyyat, fəlsəfə, bütün növ tarixləri öyrənəcək və digər şeylər arasında mühasibat uçotu ilə bağlı da nələrsə eşidəcəkdir. Bu halda güman edilir ki, öz ixtisası qalacaq təqdirdə tələbə magistratura pilləsini də mənimsəyəcək. Düzdür, magistratura pilləsinə hamı deyil, yalnız yaxşılar, iqtisadiyyat kapitanı olmağa qərar verənlər gedəcəklər.

Ali məktəbin qarşısında iki məsələ durur: 1) bilik vermək; şagirdlərin uyğunluq dərəcəsini aşkar etmək üçün adamları süzgəcdən keçirmək. Buna görə də bütün biliklər birinci sinifdən universitetin sonuncu kursuna qədər mərhələlərə bölünür. Sinifdən sinfə, kursdan kursa keçid növbəti intellektual baryerin aşılmasıdır. Bilikləri mənimsədin – daha da irəli get, mənimsəmədinsə, ikinci il təkrar oxu. Elə bunun özü süzgəcdən keçirilmədir. Biz mühasiblər isə ilk növbədə layiqli adamları seçməli və öz peşəmizin mühafizəsinə çalışmalıyıq.

Buradan əsas nəticə çıxır: bakalavriat yüksək ixtisaslı mühasiblərin hazırlığını təmin etməlidir və belə ki, onlar xalq təsərrüfatında səmərəli işləyə bilsinlər, magistratura isə yüksək ixtisaslı mütəxəssis yetişdirməlidir. Hansı ki, uçot funksiyalarını yaxşı yerinə yetirməklə yanaşı, həm də öz işini, eləcə də hüquq sahəsində, mikro və makroiqtisadiyyatın əlaqəli problemlərini də əla başa düşməlidir. Buna görə də, bir çox ölkələr akademik və peşəkar bakalavr təhsillərini fərqləndirməsinə diqqət yetirilməlidir. Bizə ikinci variant lazımdır. Magistraturada isə insan artıq ümumiqtisadi təhsil almalıdır.

Mobillik. Tələbə hər zaman bir universitetdə oxumağa məcbur deyil. Ən azından bir semestri başqa bir universitetdə, bir qayda olaraq, xaricdə keçirməlidir. Şərti olaraq belə deyək, bakalavriat səkkiz semestr nəzərdə tutur, onlardan bir semestri xaricdə, belə deyək, Qlazqo və ya Jmerinkedə, keçirməlidir, fərq etməz.

Uçot vahidləri. Hər bir fənn müəyyən sayda tələbəyə və bala malik olmalıdır, fənlər seçilərkən, ona lazım olan həcmdə uçot vahidlərini toplayır. Bu həcmlə o, müxtəlif ali məktəblərdə oxuya bilər. Birində o nə qədər qazanırsa, digərində də əlavə edəcək. Bir məzun tamamilə fərqli bir dünyagörüşünə sahib olacaq.

Nəzarət.  Bir universitetin müəllimləri öyrədir və imtahanlar üçün isə digər universitetlərin alimləri cəlb olunur. Bu sərtdir, amma, yeganə ağıllı tələbdir. Bizim ali məktəblərdə universitetdən çıxarılanlar cüzi faiz təşkil edir. Qərbdə isə bu orta hesabla 30% təşkil edir. Demək olar ki, hər üç nəfərən biri sonadək oxuya bilməyib, ali məktəbi tərk edir.

Boloniya prosesi artıq bizim ali məktəbləri də tam şəkildə əhatə etməkdədir və o, mühasibatlıq kadrlarının hazırlanmasına da əhəmiyyətli təsir göstərməlidir.

Yekun. İndi söhbət açdığımız bütün məsələlərə yekun vuraraq, bir nəticə çıxarmaq lazımdır. Həmin nəticə isə birmənalı ola bilməz. Əslində biz mürəkkəb bir zamanda yaşayırıq: köhnə böyük mühasibatlıq, öz postulatları ilə birlikdə yavaş-yavaş ölür. Onun yerini sürətlə sabahkı günün daha realist, yaradıcı mühasibatlığı tutmaqdadır. Hələ ki, biz beş uzun əsr hökm sürən təsəvvürlərlə yaşayırıq və qürub etməkdə olan günəşin şüaları hələ də dövrümüzü və günlərimizi işıqlandırır. Lakin onun işığı sönməkdədir və bu yarımqaranlıqda düzgün yolu tapmaq bizə çox çətindir. Zülmət bizləri udur. Amma bizim yolumuzdakı tunelin sonunda artıq bir işıq parlamaqdadır. Və bilirik: biz dalandan çıxacağıq və hər şey də yaxşı olacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email