» » » Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (2-ci hissə)

Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (2-ci hissə)

Print Friendly, PDF & Email

Mühasibatlıq masa üzərindən başlanır.

“İş fəzası” sahəsi diqqətin fokuslaşdığı yer hesab olunur. Ona görə, əməkdaşın qarşısındakı stolun üzərində hazırkı anda yalnız müəyyən işləri yerinə yetirmək üçün zəruri olan obyektlər (sənədlər, telefon, kompüter və s.) olmalıdır. “Şüur ərəfəsi diqqət” sahəsində (bu barədə məqalənin 1-ci hissəsində məlumat vermişdik) 9-dan çox obyekt qoyulmamalıdır. Digər mühasibat sənədləri, qovluqlar, kalkulyator və bir çox digər əşyalar stolun kənarında qoyulmalıdır ki, ən azından diqqəti özünə cəlb etməsin. Prinsipcə isə lazım olmayan şeyləri oradan götürmək lazımdır, yoxsa onlarda neqativ tendensiyalar cəmlənəcək və bir-birinin üzərinə qalaqlanmış sənədlər Nyu-York göydələnləri duyğusu yaradacaq.

Unutmaq lazım deyil ki, “şüur ərəfəsi diqqət” sahəsindən lazım olan şeyləri həmişə götürmək və sonrakı işlərdə istifadə üçün onları fokuslaşmış diqqətə yönəltmək mümkündür. Şüuraltı diqqət zonasında da eyni şeylər baş verir: ağlınızda tutduğunuz obyektlər (məsələn, hesabatı tərtib edərkən,  onu saat 15-ə qədər təhvil verməli olduğunuzla bağlı fikirlər “üzərək” üzə çıxır) zəruri anda fokuslaşmış diqqətə keçəcək (hesab edək ki, hesabat hazır olduqdan sonra sənədin lazım olan vaxtda  rəhbərliyə çatdırmalı olduğunuzu diqqətdən qaçırmırsınız).

Keyfiyyət prosesdən asılıdır.

Düzgün təşkil olunmuş iş yeri, bütün diqqətin yerinə yetirməli olduğunuz işin üzərinə daha yaxşı cəmləşdirməyə kömək edir.

İş stolunun üzərinin düzgün təmizlənməsi prinsipinə nəzər yetirək. Adətən mühasib bir neçə on santimetrlik qalınlıqda olan sənədlər dəstini qarşısına qoyur və onları bir növ emal etməyə başlayır. Sonra o, ilk sənədi kənara qoyur və həmin kağızlar topasına baxır, ikinci sənədi əlinə götürür. Belə bir neqativ duyğu yaranır ki, bu sənədlər topası heç vaxt qurtaran deyil və hətta onları bir-bir ardıcıl olaraq diqqətdən keçərsən belə, gözlər önündə nəhayətsiz sənədlər toplusu yüksəlməkdə davam edəcək. Birinci məsləhət ondan ibarətdir ki, ilkin olaraq həmin sənədlər dəstini qarşınızda deyil, bir qədər kənarda yerləşdirin, baxmaq üçün lazım gələn sənədi isə qarşınıza bir-bir oradan götürüb qoyun. Sənədi diqqətdən keçirdikdən sonra həmin kağızı elə yerə qoyun ki, sizə mane olmasın. Sənədlərlə bu cür işləsəniz, onda artıq obyektlər diqqətinizi cəlb etməyəcək və onlar sizə neqativ psixoloji təsir göstərməyəcək.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *