Mühasib öz işinin səmərəliliyini necə artıra bilər? (3-cü hissə)

Sezar metodu işə yaramayacaq

Mühüm prinsiplərdən biri vəzifələr arasında keçid ilə bağlıdır. Həmin vəzifələrdən, yəni məsələlərdən birini həll edərkən, sizdə kabinetə daxil olan həmkarınızın sualına cavab vermək istəyi baş qaldıra bilər, yaxud telefon zənginə cavab vermək və ya elektron poçtunuzun “Daxil olanlar” bölümünə diqqət yetirmək arzusu baş qaldıra bilər. Belə halda nə baş verir? Digər əməkdaşlar kimi mühasibin də diqqətini məsələ üzərində  cəmləşdirməsi çox zəruridir. İlkin səviyyəli məsələlərdən diqqətin yayınmaması üçün vaxtınızı şüurlu şəkildə hər hansı bir konkret məsələ üzərində cəmləşdirməyiniz çox mühümdür. Ümumiyyətlə, vaxtınızı müvəqqəti vaxt cədvəlinə uyğun korporativ standartlarla idarə etməniz çox faydalı ola bilər. Düzdür, əgər buna görə məsuliyyətin bir hissəsini (iş yerinin prinsiplərinin təşkili, diqqət strukturuna müvafiq informasiyaların çeşidlənməsi) öz üzərinizə götürsəniz, onda həmkarlarınızla qarşılıqlı  fəaliyyət – yəni, bu time-menecmentin korporativ standartına aid məsələ olacaq.

Müvəffəqiyyət  düsturu

Baxdığımız time-menecment işinin prinsiplərini öz vaxtınızı planlaşdırdığınız zaman tətbiq etməyiniz tövsiyə olunur.  Onlardan aşağıdakı qaydada istifadə etməyiniz  məsləhətdir:

  • Sizdə ay və ya il üzrə görəcəyiniz çoxsaylı işlərin cədvəli var. Bunlar istənilən məslələrə aid ola bilər – işlə bağlı, şəxsi və s. – hansılar ki, sizin siyahıda az və ya çox xaotik şəkildə qeyd olunub. Yerinə yetirilməsi aktual olan məsələləri aşkar etməkdən ötrü həmin siyahını ən azından həftədə bir dəfə yoxlamağınız tövsiyə olunur;
  • Həmin siyahıdan cari və ya yaxın həftə ərzində yerinə yetirilməsi daha çox prioritet təşkil edənləri seçmək lazımdır. Seçəcəyiniz obyektlərin sayını şüuraltı yadda saxlamağınız çox vacibdir: 5-9 arası məsələ olması kifayətdir, çünki məhz bu sayda məsələ optimal hesab olunur və onları nəzarət zonasında saxlamaq, sizə elə də çətin gəlməyəcək. Həmin siyahını bu və ya digər məsələnin yerinə yetirilməsi müddətinin gəlib çatdığını öyrənmək üçün  gün ərzində bir dəfə yoxlamaq, yəni, təhlil etmək tövsiyə olunur; konkret bir işi yerinə yetirmək və s. üçün imkanlarınızın yaranıb-yaranmadığını nəzərdən keçirmək məsləhətdir;
  • Yerinə yetirilməsi vacib olan hər hansı bir məsələni seçərkən, həmin məsələni şüurlu şəkildə ayırdığınız vaxtda həyata keçirəcəksiniz ki, o da sizin fokuslaşmış diqqətinizdə peyda olacaq.

Yəni, bir növ siz həmin məsələlərin yerinə yetirilməsi prosesini şüurlu olaraq həyata keçirməyə başlayacaqsınız ki, bu da gələcəkdə sizə öz işlərinizi səmərəli şəkildə yerinə yetirmək vərdişləri aşılayacaq.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *